Səbail rayonunda 2015-ci ilin I rübünün yekunları müzakirə olunmuşdur

NDA_7574Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2015-ci ilin ilk 3 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.

Qafqaz Xəbər Agentliyi bildirir ki,iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 3 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, ümumi daxili məhsul 5 %-dən çox artmış, qeyri-neft sektorunda inkişaf  7,0 %,  sənaye istehsalı 4 %, kənd təsərrüfatı isə 3 %-dən çox, əhalinin pul gəlirləri 5,3 % artmışdır. Birinci rübdə 30 minə yaxın yeni iş yeri açılmış, 20-dən çox tibb müəssisəsi tikilil və ya təmir olunur. Ölkədəki iqtisadi inkişaf Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Hesabat dövründə Səbail rayonu üzrə iri sənaye  müəssisələri tərəfindən 3 milyard 479,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 %  çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilmişdir.

Nəqliyyat müəssisələri tərəfindən 122,8 milyon manatlıq nəqliyyat xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23,8 % çoxdur. Rabitə müəssisələri tərəfindən 35,0 milyon manatlıq və ya keçən ilin müvaifq dövrü ilə müqayisədə 1,1 % çox xidmət göstərilmişdir.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 729,1  milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 1 milyard 123,6 milyon manat  olmuşdur.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 80.2 % çoxdur.

Yanvar-mart aylarında rayonun  pərakəndə ticarət şəbəkəsindən əhaliyə  57,4 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 22,9 % çox istehlak malları satılmışdır. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə   68,7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da  əvvəlki ilin yanvar-mart aylarından 2,9 %  çoxdur.

2015-ci  ilin yanvar-mart ayları ərzində əhaliyə 19.2 milyon  manatlıq  və  ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  29.6  % çox  iaşə  xidmətləri  göstərilmişdir.

2015-ci ilin yanvar-fevral ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 110884  nəfər, orta aylıq əmək haqqının məbləği isə 990.3 manat olmuşdur ki, bu da keçən illə müqayisədə  9.4  % çoxdur.

3 ay ərzində Səbail rayonu ərazisində 365 yeni iş yeri açılmışdır. Bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə 2003-cü ilin 01 oktyabr tarixindən 01.04.2015-ci il tarixinə kimi  42803 yeni iş yerləri acilmişdir ki, bunun da 41935–i daimi iş yerləridir.

Hesabat dövrü ərrzində rayon ərazisində iri miqyaslı abadlıq quruculuq işləri aparılmışdır. Ha­zır­da rayon ərazisində Su İdmanı sarayının, «Alov qüllələri» kompleksinin, “Xəzər Waterfront” istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni «İnterkontinental», «Dinamo» və «İnturist» mehmanxanalarının, Qurban Abbasov küçəsində İş mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali Neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün  daha bir yeni binanın, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, yeni İdman Kompleksi və otel binasının,  9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın  tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri və yeraltı keçidin tikintisi, İncəsənət muzyenin  əsaslı təmiri, Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, Neftçilər prospektində Bakı İdman Sarayının əsaslı təmiri davam edir.

Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Bu işlər çərçivəsində hesabat dövrü ərzində Üz.Hacıbəyov, Xaqani və Ə.Əlizadə küçələrində 9 ədəd, Zərifə Əliyeva küçəsində 2 ədəd, A.İsgəndərov küçəsində 2 ədəd,  Bülbül prospektində 1 ədəd binaların üzlənməsi başa çatdırılmış, hazırda Neftçilər prospekti 129, Mətbuat prospekti 2, Zərifə Əliyeva küçəsi 20 ünvanlardakı yaşayış binalarının və Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam etdirilir.

Badamdar şossesində 2,2 km məsafədə yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatmaq üzrədir.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evlərin və qeyri yaşayış və digər tikililərin   köçürülməsi işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Lermontov, Mehdi Hüseyn, Cəfərov qardaşları, Üz.Hacıbəyov, Rəsul Rza, Qoqol küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmışdır.

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki,  Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində,  bir sıra binaların dam  örtüyündə   təmir işləri aparılmış,  su və   kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür.

Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir.

Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.

2015-ci ilin 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 399 ailə (1167 ailə üzvü) müraciət edib,  orta hesabla hər bir ailəyə 150,8 manat sosial yardım təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13166 nəfər təqaüdçüyə 9.955,9 min manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.

Səbail rayon Məşğulluq Mərkəzində ilin 3 ayı ərzində 235 nəfər iş axtaran vətəndaş  daimi işlə təmin olunmuşdur,  «Ərazi Məşğulluq Proqramı»na əsasən 16 nəfər iş axtaran vətəndaş üçün «Kompyuterçi dizayner» və 12 nəfər üçün isə «Гяннадчы» peşə kursları açılmışdır. «Əmək yarmarkasında» 4 nəfər daimi işlə təmin olunmuş, 9 няфяря iшсiзлiк мüавiнятi тяйiн едiлмiшдiр.

Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq  rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış,  incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti təşkil olunmuşdur. Bayram tədbirləri DİN Daxili Qoşunlarının Bərdə şəhərindəki hərbi hissəsində və Badamdar qəsəbəsində yerləşən hərbi hissələrdə də keçirilmişdir.

Müxtəlif   bayramlarla əlaqədar  rayondakı  aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 3 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı  6675 olmuşdur.

İclasda Səbail Bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov və  başqaları çıxış etmişlər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Milli Məcsilin Komitə sədrləri, akademik Ziyad Səmədzadə,  YAP Səbail rayon təşkilatının sədri Şəmsəddi Hacıyev və  Milli Məclisin üzvü Fuad Muradov yığıncağın işində iştirak etmişlər.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

5  Mertebe 9a7a8c5cc9cc DSC_8407 DSC_8430 DSC_8444 List NDA_7590 NDA_7614 NDA_7619 NDA_7648 NDA_7655 NDA_7657 NDA_7658 Su idmahı sarayı

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR