Bakı – 13 aprel 2015-ci il. Bu gün onlayn multi-aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan “Saxo Bank” 2015-ci ilin aprel ayından etibarən yarlıqsız təkliflər sırasına fond opsionlarının artırılmasını elan edib. Bu addım “Saxo Bank”ın 2014-cü ildə fərdi və institusional müştərilər üçün fond opsionları ilə ticarət imkanlarının yaradılması fəaliyyətinin davamı kimi həyata keçirilir.
Fond opsionlarının “Saxo Bank”ın yarlıqsız təklifləri sırasına əlavə olunması müştərilərə vahid hesab vasitəsilə çoxnövlü aktivlərlə ticarətdən mənfəət əldə etmək, səhm və ya borc öhdəliklərindən girov qismində yararlanmaq və opsionlarla onlayn ticarətdə iştirak etmək imkanı yaradır.
Ağ yarlıqlı müştərilər yeni məhsulun son müştərilərə çatdırılmasını asanlaşdıracaq marketinq və kommunikasiya vasitələrindən də tam yararlana biləcəklər.
Fond opsionlarının ağ yarlıqlı təkliflər siyahısına əlavə olunması “Saxo Bank”ın multi-aktivlərin ticarəti üzrə
platforma yaratmaq strategiyası istiqamətində davamlı fəaliyyətinin əyani nümunəsidir. Hazırda “Saxo Bank”ın “Forex” (spot müqavilələri, forvard və opsion), səhmlər, CFD-lər (fərq müqavilələri), əmtəələr, fyuçers, müqavilə və fond opsionlarının da daxil olduğu 30 mindən çox maliyyə məhsullarından faydalanmaq imkanı verən ticarət platforması mövcuddur.
Bügünkü bəyanatı şərh edən “Saxo Bank”ın fyuçers və təyin edilmiş opsionlar departamentinin rəhbəri Patris Eno (Patrice Henault) bildirib: “Fond opsionları ilə bağlı atılmış bu addım investor qismində çıxış edən həm fiziki, həm də hüquqi şəxslərin adıçəkilən qiymətli kağıza artan marağının məntiqi nəticəsidir. Belə ki, 2014-cü ildə törəmə qiymətli kağızlar mübadiləsi bazarında fond opsionlarının həcmində 4% artım müşahidə olunub. Son zamanlar maliyyə bazarlarında müşahidə olunan qeyri-sabitlik şəraitində səhm və bu kimi digər aktivlərə malik olan investorlar risklərin hecləşdirilməsi haqda düşünən zaman opsion sövdələşmələri iştirakçıları yaranmış cəlbedici investisiya imkanlarından faydalana bilərlər”.
“Biz daim çalışırıq ki, müştərilərimizin multi-aktivlər arenasında rəqabətqabiliyyətli fəaliyyətini təmin edəcək müasir, effektiv və funksional platforma formalaşdıraq. Fond opsionlarının ağ yarlıqlı platformaya əlavə olunması “Saxo Bank”ın bu sahədə olan fəaliyyətində, xüsusilə də qeyd olunan maliyyə alətinə marağın artdığı bir şəraitdə mühüm bir addımdır”, – deyə P. Eno əlavə edib.
Ağ yarlıqlı biznes “Saxo Bank”ın institusional sahədə fəaliyyətinin təməlini təşkil edir: 2014-cü ildə 10-dan artıq əməkdaşlıq münasibətlərinin əsası qoyulub ki, nəticədə bu sahədə olan müştərilərin sayı 120-ni ötüb. Onların sırasında 10-dan artıq transmilli bank mövcuddur. Qiymətlərə olan təzyiq, ticarət texnologiyalarının inkişafı ilə ayaqlaşmanın mümkünsüzlüyü və multi-aktivlər üzrə ticarət bacarıqlarının inkişafına olan tələb “Saxo Bank”ın ağ yarlıqlı müştərilərinin artmasına səbəb olur.
“Saxo Bank” haqqında:
“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)