Qızı kokainə güc mənbəyi kimi baxan rektor… – gənclərimizə nə verə bilər?-VIDEO

images_(2)(226)Etiraf etmək lazımdır ki, ölkə mətbuatında bu günə qədər istər “Xəzər” Universiteti, istərsə də onun təsisçisi Hamlet İsaxanlı barədə dərc olunan materiallar əsasən pozitiv xarakterlidir. Lakin keçən ay baş vermiş məlum hadisədən sonra sanki həm universitetin, həm də onun rəhbərinin bu vaxta qədər foramalaşan qüsursuz reputasiyası üzərinə bir kölgə gəlmiş oldu. Əlbəttə ki, söhbət 09 mart 2015-ci ildə, saat 04:25 radələrində Bakı şəhəri, Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində, Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi ilə müşayiət olunmuş insidentdən gedir.Bəziləri bu olayın ətrafında həddən artıq süni ajiotaj yaradıldığını, digərləri isə əksinə, məsələnin qəsdən ört-basdır olunmasına cəhd göstərildiyini iddia edirlər. Ola bilsin ki, hər iki mülahizənin tərəfdarları öz mövqeylərinin əsaslandırmaq üçün kifayət qədər dəlil gətirə bilərlər. Amma bir məqamı da qətiyyən nəzərdən qaşırmaq olmaz ki, həm Hamlet İsaxanlı, həm də onun qızı beynəlxalq səviyyədə Azərbaycanı təmsil etməyə iddialı olan simalardılar. Eyni zamanda da bu şəxslər Azərbaycan gəncliyinin təlim-tərbiyyəsi kimi əhəmiyyətli bir sahədə məsul vəzifələr daşıyırlar. Məlum olduğu kimi Ülkər İsayeva Xəzər Universitetində İnsan Resursları Departamentinin direktoru və Psixologiya üzrə Akademik Departamentin koordinatoru vəzifələrini tutur. Yeri gəlmişkən, elə məlum olaydan bir müddət əvvəl kütləvi informasiya vasitələrində bu departamentin fəaliyyətinə dair növbəti maraqlı bir məlumat da dərc olunmuşdu: “9 Yanvar 2015-ci il tarixdə Xəzər Universitetinin İnsan Resursları Departamentinin rəhbəri Ülkər İsayevanın “Level Up” Təhsil İnkişaf Mərkəzində gənclərlə görüşü keçirilmişdir. Görüşdə o, öz şəxsi təcrübəsini gənclərlə bölüşmüş və iştirkçılar üçün Liderlik bacarıqları, Heyətin Psixoloji seçimi, Uğurlu komandanın təşkili, Stresin İdarə edilməsi və Biznes Etikası mövzularında təqdimatlar təşkil etmişdir.” 1429074521_0001

Qızı kokainə güc mənbəyi kimi baxan rektor gənclərimizə nə verə bilər?

Bundan düz 2 ay sonra isə… Gənc bir ananın keçirdiyi şübhəli macəralarla dolu gecə həyatı, bahalı avtomobillərdə şütüyən və kriminal aləmlə əlaqələri olduğuna dair iddialar irəli sürülən dostlar. Üstəlik də bu xanımın kokain istifadəsinə qarşı qətiyyən əks mövqeydə durmadığını açıq-aşkar nümayiş etdirən kütləvi çıxışlar: “Kokain nədir? Kokain mərkəzi sinir sistemini aktivləşdirir. Yəni insana enerji, xoşbəxtlik, güc verir. İnsanın yuxusunu və iştahını azaldır. Ziqmund Freyd xroniki depressiyadan əziyyət çəkirdi və onun öhdəsindən gəlmək üçün kokaindən istifadə edirdi. Özünü rahat hiss edirdi belə. Özünə güvən, eyforiya hissi yaratmaq və yaradıcılığını artırmaq üçün narkotikin bu növündən yararlanırdı. Ziqmund Freyd hətta kokain haqqında məqaləsində onu möcüzəvi dərman adlandırmışdı…”Görəsən bu kimi fikirlərin təbliğatını aparan, gecələri isə (aldığımız məlumatlara görə) öz körpəsinin beşiyi başında deyil, Xətai rayonu ərazisində yerləşən “Mokko” çay evində keçirməyə üstünlük verən bu gənc xanım digər gənclərə “uğurlu komandanın təşkili” üçün kriterilərə üstünlük verməyi tövsiyyə edir? Və yaxud da Ülkər xanımın “stresin idarə edilməsi” mövzusunda təşkil etdiyi təqdimatda görəsən hansı təsir vasitələrinə istinad edilib? Ən azından bu çıxış və təqdimatlarda nə elmdən, nə vətənpərvərlik amillərindən, nə də imandan heç bir əsər-əlamət olmadığı birmənalıdır. Belə olduğu halda “uğurlu gələcəyin Ziqmund Freyd resepti”nə uyan gənclərimizin aqibəti necə olacaq? Digər tərəfdən də məlum hadisəylə bağlı “orda döyülən qızım yox, Katya adlı başqa qadındır” kimi uydurma iddia ilə çıxış edən Hamlet İsaxanlının cəmiyyətə bu yalanı daha çox qızını deyil, özünün və universitetinin nüfuzunu mühafizə etmək niyyətilə danışması onun bütün müsahibələrində aşkar hiss olunur. Belə çıxır ki, ictimai qınaqdan ehtiyat edən alim, öz doğma övladına belə problemlərinin həllində yardım etməkdə çətinlik çəkir. Bütün bunlar isə belə düşünməyə əsas verir ki, “Xəzər” Universiteti gənclərimizin təlim və tədrisi üçün heç də təqdim olunduğu qədər güvənli və ideal bir məkan deyil. Həm də nəzərə almaq lazımdır ki, Hamlet İsaxanlı tərəfindən “9 mart” olayının ictimaiyyətə mümkün qədər tez unutdurulması üçün tələm-tələsik bütün imkanların səfərbər olunması, bəlkə də hələlik bizim xəbərdar olmadığımız və cəmiyyətimiz üçün daha böyük mənəvi risklər daşıyan başqa məqamların gizlin saxlanması məqsədini daşıyır… \\ vertikal.az \\

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR