Gənc qız Avropa Mərkəzi Bankının sədrinə hücum etdi – VİDEO

pic_0485479f2d6d49271c933c8733a0af0eHazırda qızın şəxsiyyəti müəyyənləşdirilir.

Avropa Mərkəzi Bankının sədri Mario Draghi hücuma məruz qalib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, sədr keçirdiyi mətbuat konfransında kimliyi məlum olmayan bir qadının hücumu ilə rastlaşıb. Qadının koftasına “Avropa Mərkəzi Bankının diktatorluğu” yazıldığı diqqətdən yayınmayıb.

Çıxış zamanı qadın masaya çıxaraq Mario Dragiyə konfet atıb.

Hazırda qızın şəxsiyyəti müəyyənləşdirilir. Onun Yunanıstandan gəldiyi, etirazına səbəb isə bu ölkədəki ağır maliyyə vəziyyətinin ola biləcəyi bildirilir. İnsidentdən bir neçə dəqiqə sonra mətbuat konfransı davam etdirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR