Ukraynada tanınmış jurnalist güllələndi

90789_res_01Ukraynanın tanınmış jurnalisti Oles Buzina Kiyev şəhərində qətlə yetirilib.

Qətl hadisəsi Kiyev şəhərinin Şevçenko rayonunda baş verib. Jurnalist yaşadığı evin girişində güllələnib.

Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən bildirir ki, qətl hadisəsinin baş verdiyini öz facebook səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko da təsdiq edib.

“Bu dəqiqələrdə Deqtyarevskaya küçəsində məşhur jurnalist Oles Buzina tünd göy rəngli “Ford Focus” markalı avtomobildən açılan atəş nəticəsində faciəli şəkildə qətlə yetirilib. Avtomobil ya Belarus, ya da Latviya dövlət nömrə nişanlı olub. Amma dəqiq Ukrayna nömrəsi deyil” – deyə A.Geraşenko yazıb.

Bu barədə “Sağ sektor”un sədr müavini Anna Demid də öz facebook hesabında yazıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR