“AZMEKO”-dan ölkə başçısına şikayət-FOTO

azmeco_010813Son illər ölkəmizdə intensiv şəkildə abadlıq və quruculuq işləri gedir. Dünyanın nüfuzlu  yarışları, idman oyunları ölkəmizdə keçirilir. Bu ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edir. Ona görə də ölkə başçısının qayğısı və diqqəti sayəsində ölkəmiz diqqət mərkəzindədir.

Belə layihələrdən biri də bu yaxınlarda ölkəmizdə uğurla keçirilən gimnastika üzrə Avropa çempionatı idi. Bütün bunlar sevindirici və qürurvericidir.

Ancaq bəzi işbazlar sanki  bilərəkdən hər bir uğura kölgə salmağa hazırdılar. Təki vətəndaşları narazı salsınlar.

Belə işbazlardan biri də  “Butasone” şirkətinin rəhbəri Namiq Əsədovdur. Screenshot_2014-07-15-11-27-18_resized

“Butasone”şirkətinin  Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) redaksiyasına gələn bir qrup işçisi əmək haqqlarını ala bilməməklə bağlı narazılıqlarını bildirdilər.

buta-stoneBelə ki, ölkəmizin paytaxtı Bakı şəhərində Avropa çempionatını uğurla keçirmək üçün Milli Gimnastika Arenası istifadəyə verildi. Gimnastika Arenasındakı mərmər-qranit məsələsi Namiq Əsədovun rəhbərlik etdiyi “Butasone” şirkətinə tapşırılmışdı.

Məlumat üçün bildirək ki,“Butasone”şirkəti Nizami Piriyevin başçılıq etdiyi “Azmeko”şirkətinin tərkibində fəaliyyət göstərir və  onlar yeznə-qayındırlar.

Fəhlələrin dediklərinə görə tikinti vaxtı onlar bəzən gecə saat 2-yə, 3-ə kimi işləyirdilər,hətta bəzən gecələri tikintidə qalırdılar. Bütün bu ağır şərtlərə baxmayaraq Gimnastika Arenası vaxtında təhvil verildi. Ancaq fəhlələrin əmək haqqı verilmədi…

1424692507_0001Fəhlələr bildirir ki, son 3 ayın maaşını ala bilməmişik. Bu barədə dəfələrlə “Azmeko”nun İçəri Şəhərdə yerləşən ofisinə gedərək Namiq Əsədovdan əmək haqqımızı tələb emişik. Ancaq o bizə əvvəlcə bildirdi ki, mən sizi tanımıram…

Biz ona dedik ki, bu barədə ölkə başçısına şikayət edəcəyik. Belə olanda Namiq Əsədov dedi ki, gözləyin MACECE şirkəti nə vaxt bizim pulumuzu versə, onda sizin əmək haqlarınızı verəcəyik.

Fəhlələr 3 aydan artıqdır  ki, gözləyir, amma Namiq Əsədovdan xəbər çıxmır.   140808981214080488741406293877IMG-20140725-WA0002_resized

Fəhlələrlə söhbət zamanı o da məlum oldu ki, onlarla əmək müqaviləsi bağlanmayıb.

Məsələyə aydınlıq gətirmək üçün şirkətin ofisinə zəng vurduq. Lakin  heç bir rəhbər işçi yerində olmadığı üçün əlaqə saxlaya bilmədik. Ancaq bir neçə dəqiqə sonra bizə telefon açan şirkətin Nadir(soyadını demədi) adlı məsul işçisi nə üçün zəng vurduğumuzla maraqlandı. Biz isə məsələni ona bildirdik. Nadir söylədi ki, MACECE ilə bağlı deyilənlər düz deyil, həmin şirkət pulumuzu vaxtında verib.

“Bəs, nə üçün Namiq Əsədov fəhlələrə belə deyib”sualımıza, Nadir adlı şəxs belə cavab verdi: “ Onun mənə dəxli yoxdur, bu sualı Namiq Əsədovun özünə verin”.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

140808976214080486161406293860IMG-20140725-WA0000_resized 140808977114080486251406293868IMG-20140725-WA0001_resized-271x339 140808977714080486331406293902IMG-20140725-WA0006_resized-350x280 140808978814080486431406293925IMG-20140725-WA0008_resized-271x339

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR