“Riyad-Farm” istehlakçıların hüquqlarını pozur

yuiyuik“Riyad-Farm” MMC Azərbaycan Respublikasının əczaçılıq bazarında ən qabaqcıl distribütorlardandır. “Riyad-Farm” dünyanın aparıcı beynəlxalq əczaçı şirkətləri ilə bağladığı birbaşa müqavilələr əsasında dərman vasitələrini Azərbaycan bazarına gətirən ən böyük idxalçılardan biridir. Amma son vaxtlar  bu şirkətin fəaliyyətində çox ciddi nöqsanlar hiss olunur.

Qafqaz  Xəbər Agentliyinin ( qafqaznews.az ) əməkdaşı bu gün şirkətin  apteklərnin birində  heç bir ölçüyə sığmayan biabırçılıqla üzləşib.

Belə ki, Fətəli  Xan  Xoyski küçəsində yerləşən “Riyad-Farm” şirkətinə məxsus  “Şəfa” Aptekindən  spazmalqon dərmanı almaq  istəyən əməkdaşımıza roleks dərmanı almağı təkid ediblər.

Ən pisi odir ki, satıcı  əməkdaşımızı inandırmağa çalışıb ki, hər iki dərmanın  tərkibi eynidir,  hətta  roleks spazmaqoldan daha keyfiyyətlidir.

Əməkdaşımız konkret  olaraq spazmalqon dərmanı  almaq istədiyini bildirəndə satıcı  Aygün İbrahimova təkidlə roleksin göstəricilərinin üstünlüyü ilə bağlı “mühazirə” oxumağa  başlayıb.

Baş verənlər əməkdaşımızı  müəyyən araşdırma aparmağa məcbur edib. Bəlli olub ki,  “Riyad-Farm”  şirkəti roleks dərmanının monopolisti və hətta xaricdə istehsalçısı olduğu üçün, öz şəbəkəsində olan apteklərə tapşırıq verib ki, spazmalqonun əvəzinə tez bir zamanda roleksi  dərman bazarlarına salmaq lazımdır. Bu bizim əməkdaşın təkcə rolekslə bağlı araşdırdığı məsələdir. Görün “Riyad-Farm”  şirkətinin monopoliyasında və istehsalında neçə cür dərmanın adı var ki, həmin dərmanların “təbliği və təşviqi”  Aygün  İbrahimova kimi satıcılara həvalə olunub.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Sənan Məmmədli

Qafqaz  Xəbər Agentliyi ( qafqaznews.az ) 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR