“AtaSığorta”nın vətəndaşa “atalıq” qayğısı

скачанные файлыYasamal rayon sakini  Zaur Yusifov   Qafqaz Xəbər Agentliyinə  ( qafqaznews.az ) şikayət məktubu ünvanlayıb.

Şikayətçi bildirir ki, martın 10-da gecə saatlarında yoldaşının adına olan 99-EH-222 dövlət nömrə nişanlı Hunday “Azero” markalı maşını “Shacman” markalı yük avtomobili tərəfindən arxadan vurulub. Qaydalara uyğun olaraq hadisə yerinə avtomobilin sığortada olduğu “ATA” sığorta şirkətinin nümayəndələri çağrılıb, şəkillər çəkilib: “Avtomobil “ATA” sığorta şirkəti tərəfindən sığortalanıb. Hadisə baş verən anda sığorta şirkətinin əməkdaşları ilə əlaqə saxladım. Onlar da gəlib maşının şəkillərini çəkdilər. Martın 11-də onların tapşırığına əsasən şirkətdə oldum və sığorta şirkətində dəyən ziyan hesablandı.  Şirkətə məxsus avtoservisdə dəyən ziyanın 530 manat olduğu rəsmi şəkildə təsdiqləni. Onlar 7 iş günü müddətində məbləği ödəyəcəklərini bildirdilər”.

Lakin dəfələrlə şirkətə pulun ödənilməsi üçün müraciət etsələr də, müxtəlif bəhanələrlə vaxtı uzadıldığını görən Z. Yusifov şirkət əməkdaşlarına  təklif edib ki, maşınla bağlı işi çox olduğuna görə, pulu özü ödəyib,  maşını təmir etdirə bilər, sonra isə pulu  nəğd şəkildə qaytararlar: “Şirkət bu təkliflə razılaşdı. Maşınımı təmir etdirdim. Bir müddət keçsə də, pulumu qaytarmadılar. Aprelin 3-də yenidən şirkətə getdim. Bu dəfə mənə dedilər ki, sənə 530 manat yox, 179 manat ödəyəcəyik. Səbəbini soruşduqda isə məbləğin 200 dollarını firanşiza tutulacağını, qalan məbləği isə yarıya bölərək verəcəklərini qeyd etdilər. Belə olan halda mən şirkətlə bağlanan müqaviləni onlara göstərdim. Orada avtomobilin dəyəri 31 min $ yazıldığını və bunun üçün 2154 $ dolları ödədiyimi bildirdim”.

Qeyd etdim ki, belə olan halda niyə dəymiş ziyanın 3/1 hissəsini ödəyirsiniz. Əməkdaşlar dedilər ki, biz heç kimik, rəhbərlikdən soruşun, onlar bizə belə təlimat veriblər. Məsələni araşdırmaq üçün dəfələrlə rəhbərliyə müraciət etsək də, onlarla görüşmək qeyri-mümkün olub”.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi  ( qafqaznews.az )

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR