Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənova

imagesSumqayıt  şəhər 6-cı mikrorayon, bina 37, mənzil 16-da yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu tərəfindən.

 ƏRİZƏ

Hörmətli Cənab Nazir !

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, 05.05.2014-cü il tarixdən etibarən dəfələrlə müraciət etməyimə baxmayaraq, hələ bu günə qədər, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi mayor Cavadov Namiq mən və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən yazılan məktubları cavablandırmayıb.  Halbuki Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi mayor Qurbanov Mübariz  olanda heç olmasa məktublara vaxtında cavab yazırdılar. Mən 2-ci qrup Qarabag əlili ,əvvələr N saylı hərbi hissədə xidmət etmişəm. Xidmətdə olduğum dövrdə 15 dekabr 2008-ci il tarixdən 08 dekabr 2010-cu il tarixədək  N saylı hərbi hissədə  ezamiyyətdə olmuşam. Qarabag əlilinə belə diqqətsizliyə görə , bir daha Sizə müraciət edirəm.

 Hörmətli Cənab Nazir !

414 saylı hərbi hissədən 408 saylı hərbi hissəyə, 2008-ci il tarixdən 2010-cu il tarixədək müxtəlif vaxtlarda ezamiyyətlərdə olmuşam. Bu müddət ərzində ezamiyyətdə olduğum günlərin pulunu almamışam.  Hazırda bu işlə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində  iş araşdırılır. Bu işin daha ədalətli araşdırılması üçün  1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən göndərilən  məktuba bu günə qədər cavab verilməmişdir. Sizdən xahiş edirəm  məktuba cavab verilməsi üçün aidiyyətı şəxslərə göstəriş verəsiniz.

Diqqətinizə görə minətdaram.

İmza: Rəfiyev İlqar Nəzir oğlu

30.06.2014-cü il.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR