Kiyevdə ara qarışdı (VİDEO)

88939Kiyevdə şaxtaçılar prezident administrasiyasının binasının qarşısında etiraz aksiyası keçiriblər.

ANS PRESS-in məlumatına görə, etiraz aksiyasına mindən çox şaxtaçı iştirak edib. Şaxtaçılar öz tələblərini dövlət rəhbərliyinə söyləmək üçün binaya daxil olmaq istəyiblər

Həmçinin bildirilir ki, şaxtaçılar administrasiyaya elçi qrupu göndərmək və günün ikinci yarısında aksiyanı davam etmək istəyirlər. Aksiyaçılar küçə boyu nəqliyyatın hərəkətini də kəsmək niyyətindədir.

“Biz bununla heç nəyə nail olmayacağıq. Gəlin hər regionun nümayəndələrindən qrup formalaşdıraq. Bu qrup danışıqlar aparılması üçün əvvəlcə prezident administrasiyasına, sonra isə Nazirlər Kabinetinə yola düşəcək. Biz axşam saatlarında şəhərin mərkəzini bağlayacağıq”, – deyə etirazçılardan biri söyləyib.

Qeyd edək ki, Ukraynanın Energetika Nazirliyi şaxtacıların maaşlarını vermədiyi üçün etirazlar başlayıb. Nazirlik şaxtaçılara təxminən 9 milyon dollar borcludur. Rəsmilər qeyd edir ki, şaxtaçıların borclarının 85%-i artıq ödənib. Yerdə qalan məbləğ isə qısa vaxt ərzində şaxtaçılara ödəniləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR