Azərbaycanlı biznesmen Albert Mixayloviç kimdir?

скачанные файлы (2)Bir neçə gün əvvəl  “Çeçenlər azərbaycanlı “xeyriyyəçini”  axtarır… Moskvadakı banklardan birinə 150 milyon $  atan kimdir” başlıqlı  yazıda adını çəkmək istəmədiyimiz  biznesmendən bəhs  etmişdik.

Qısa xatırlatma üçün bildirək ki, həmişə özünü xeyriyyəçi kimi reklam edən həmin biznesmen bir neçə ay əvvəl Moskva şəhərindəki  çeçenlərin nəzarətində olan banklardan birinə 150 milyon dollar pul “ataraq” aradan çıxıb. Belə ki, xeyriyyəçi-biznesmen  Moskva şəhərindəki  meyvə-tərəvəz bazasını ( ovoşbaza)  girov qoyaraq həmin bankdan kreditə  150 milyon dollar pul  götürüb. Və bu günədək krediti qaytarmır. Mənbə onu da bildirir ki, həmin banka çeçenlər nəzarət etsə də, bank  Rusiya hakimiyyətindəki  ən yuxarı şəxslərdən birinə məxsusdur. Ən maraqlısı odur ki, mənbənin bildrdiyinə görə  azərbaycanlı xeyriyyəçi-biznesmen götürdüyü  150 milyon dolları  Afrikada brilliyant  emalına yönəldib. Cənub bölgəsindən olan həmin xeyriyyəçi  bu yaxınlarda  Bakıda dəyəri  on milyonlarla ölçülən müxtəlif  “obyekt”lər  alıb…

Bu gün isə Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az)  elektron poçtuna həmin biznesmenlə bağlı daha maraqlı bir məlimat daxil olub.

Sən demə, özünü şair hesab edən, özünə maraqlı təxəllüs götürən “xeyriyyəçi”ni  Moskvada  ruslar  Albert  Mixayloviç  kimi  tanıyırlar. Maraqlıdır görəsən həmişə vətənpərvərlikdən, millətdən, torpaqdan danışan şair-biznesmen niyə öz dədə-babasının qoyduğu addan imtina edib?  Bəlkə, ortada bilinməyən səbəblər var?

Bəlkə, Bakıda bu yaxınlarda on milyon dəyərində alınan obyektlər də Albert Mixayloviçin adınadır? Bəlkə Afrikada briliyant  emalına qoyulan 150 milyonluq kapital da Albertindir?

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR