DQ-nin daha bir pilotu İlham Əliyevə müraciət etdi-Foto

ilham_aliyev_main_181114_081-300x228Helikopter Eskadriliyasında baş verən rəzalət

Bir müddət əvvəl Daxili İşlər Nazirliyi Daxili Qoşunların ( DQ ) Vertalyot Eskadrilyasında (VE) baş verən qanunsuzluqlardan bəhs etmişdik.

Qısa xatırlatma üçün qeyd edək ki, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az ) müraciət edən VE-nin təyyarəçi-şturmanı, Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu Bayramov Faiq Zakir oğlu eskadriliyanın rəisi, polkovnik-leytenant Mirzə Fərəcovun və onun sağ əli sayılan kapitan Sədrəddin Abusəttarovun pilotlara hədə-qorxu gələrək onların adına müxtəlif banklardan 100 min manata qədər kredit götürdüyünü bildirmişdi. Müraciətdə bankların adı da qeyd olunmuşdu: DəmirBank, Azər-Türk Bank və s.

Məlumat saytımızda dərc olunandan sonra şikayətçi pilotun işi ilə bağlı Hərbi Prokurorluqda araşdırma başlayıb.

Onu da bildirək ki, VE-nin rəisi un oğlu Firuz Fərəcəov 2012-ci ildə hərbi xidmətdə olarkən erməni əsirliyində olub. Oradan isə birbaşa Kanadada sığınacaq alıb.

Bu gün isə redaksiyamıza daha bir pilot eyni problemlə bağlı yazılı müraciət edib. Pilot-şturman Şükürov İlqar Saydulla oğlu yazır ki: “Mən 2010-cu ilin aprel ayının 10-da DİN DQ Helikopter Eskadriliyasında pilot-şturman vəzifəsinə işə qəbul olunmuşam. Həmin dövrdə Sədrəddin Abusəttarov mənə dedi ki, mən öz adıma kredit götürə bilmirəm, yoldaşım xəstə olduğu üçün gəl sənin adına “Amrahbank”dan 3000 AZN kredit götürək. Sonradan mən səhhətimlə bağlı 2012-ci ilin oktyabr ayında ordu sıralarından tərxis olundum. Hazırda ağır xəstəyəm.

Dəfələrlə ondan xahiş eləsəm də Sədrəddin Abusəttarov krediti ödəməyib. Ona görə də xəstə ola-ola məhkəmələrdə qalmışam. “Amrahbank” məni məhkəməyə verib. Ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm mənə kömək etsin”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Tamerlan Zeynallı 

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR