Adam yeyən qəbilə tapıldı; hökumətdən qadağa – Video

1430078119Hindistanda bu günə qədər xarici aləmlə bağlantısı olmayan qəbilə tapılıb.

Axar.az xəbər verir ki, Şimal Sentinel adasında yaşayan qəbilə adaya daxil olmaq istəyənləri öldürür. Qəbilə üzvləri öldürdüyü adamları yeyirlər.

Hindistan hökuməti bu səbəbdən adaya getməyi qadağan edib.

Bu qəbilə üzvlərinin 60 min illik tarixi olduğu açıqlanıb. Afrikadan köç etdikləri ehtimal edilən qəbilənin görüntülərini yalnız NASA əldə edib. İndiyədək Hindistan hökuməti hər nə qədər qəbilə üzvləri ilə ünsiyyətə girməyə çalışsa da, bu, uğurlu olmayıb. Hökumətin göndərdiyi vertolyotlar belə odlu oxların təcavüzünə məruz qalıb. Hətta 2006-cı ildə adanın sahilinə çox yaxınlaşan iki balıqçı da öldürülərək, qəbilə tərəfindən yeyilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR