Toyda gəlini döyən bəyin atası DANIŞDI

1430122673_0001“Oğlum toyda gəlini döyməyib. Hazırda gəlinim də, oğlum da evimizdədir”.Bunu AzVision.az-a açıqlamasında Bakıda “Xudafərin” şadlıq sarayında keçirilən toy zamanı gəlini döydüyü iddia edilən bəy Sənan Ələkbərovun atası Elman Ələkbərov deyib.

O, toydakı davaya görə oğlunun həbs edilmədiyini və yayılan xəbərlərin yalan olduğunu deyib:

“Toyda dava düşməyib. Sadəcə tanımadığımız iki cavan mübahisə edirdi. Biz də onları araladıq. Kütləvi dava da baş verməyib. Bunu deyənlər qələt edirlər. Yalan deyirlər, oğlum gəlini döyməyib. Sənan hazırda yanımda, Naxçıvandadır. Onlar xoşbəxtdirlər. Gəlinimin atası mənim bibim oğludur. Münasibətlərimiz də çox yaxşıdır. Biz ora polisin gəldiyini də görmədik. Gecə saat 11-ə qalmış toyumuz baş çatdı. Oğlum gəlinə heç vaxt əl qaldırmayıb. Elə oğraşlığı kim edə bilər?”.

Xatırladaq ki, “Xudafərin” şadlıq sarayında keçirilən toy zamanı bəyin gəlini döyməsi haqda xəbər yayılıb. Yayılan məlumatları şadlıq evinin rəhbərliyi də təsdiqləyib.

“Toyda çoxlu mahnı sifarişləri verilib. Bəylə gəlini də rəqsə dəvət ediblər. Bu zaman bəy oynamaq istəməyib. Gəlin isə rəqs etmək istəyib. Toydakı gənclərdən biri bəyə yaxınlaşıb, onun qulağına nəsə pıçıldayıb. Bu zaman bəy əsəbləşib. Yanında oturan gəlinə əl atıb. Gəlin də toydan qaçmaq istəyib. Bu zaman yeni qohumlar arasında mübahisə yaranıb. Hadisə ilə bağlı polisə xəbər verilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları şadlıq evinə daxil olaraq, davanın qarşısını alıb”-deyə şadlıq evindən AzVision.az-a bildirilib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR