Bəxtiyar Əsədov kimdir: Tikinti işbazı, yoxsa..?

1394882562zagrujennoe_(1)Son illərdə  cəmiyyətdə müxtəlif  dələduzluq  hallarının sayı durmadan artmaqdadır. Sanki bəzi  “işbazlar”  işini-gücünü  buraxıb vətəndaşları aldatmaq barədə düşünürlər. Və çox maraqlıdır ki, xeyli sayda  vətəndaşlarımız da belə “işbazlar”ın toruna  düşürlər. Belə “işbazlar”dan biri haqqında bəhs edəcəyik.

Qafqaznews.az saytına müraciət edən bir qrup sahibkarı Bəxtiyar Əsədovun kimliyi maraqlandırır.  Özünü DİN-in Baş DYPİ-nin əməkdaşı kimi təqdim edən Bəxtiyar  Əsədov  sahibkarlara söz verib ki, sizin böyük tikinti layihələrində iştirakınızı  təmin edə bilərəm. Bəxtiyar Əsədov inandırıcı olması üçün sahibkarlara  deyib ki, guya özü çalışdığı  idarənin rəhbərinin tikinti  biznesini  idarə edir. Ancaq özünü Baş DYPİ-nin əməkdaşı kimi təqdim edən Bəxtiyar Əsədov “işini görəndən sonra” aradan çıxıb və sahibkarların telefon zənglərinə cavab vermir.

Problemi həll etmək üçün Qafqaz Xəbər Agentliyinə müraciət edən sahibkarları  maraqlandırır ki, həqiqətənmi, Bəxtiyar Əsədov  Baş DYPİ-nin əməkdaşıdır?  Onun əməllərindən çalışdığı qurumun rəhbərliyinin xəbəri varmı?

Bəxtiyar Əsədov sahibkarlara deyirmiş ki, idarə rəhbərinin tikinti biznesinə nəzarət erdiyim üçün mənə idarədə iş veriblər.

Sahibkarlar onları aldadan Bəxtiyar Əsədovun fotosunu da redaksiyamıza təqdim ediblər. İndi növbə Bəxtiyar Əsədovun  özünü əməkdaşı kimi təqdim etdiyi qurumundur. Kimdir   Bəxtiyar Əsədov..?

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Tamerlan Zeynallı

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR