“Bakı Metropoliteni” QSC-də nə baş verir..?

8898 copyQafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) daxil olan məlumatda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə tabe olan 1, 2 və 3 saylı Tunel Tikinti İdarələrində ( TTİ ) böyük korrupsiya hallarının olduğu bildirilir. Məlumatı dəqiqləşdirmək üçün 3 saylı Tunel Tikinti İdarəsi ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən əməkdaş bizə bildirdi ki: “ İdarənin rəisi Biləndər Məsiyev işə gəlmir və idarədə yoxlama gedir”. Müxbirimizin “Rəis nə üçün işə gəlmir? Yoxlamanı hansı qurum aparır?” suallarına TTİ-nin əməkdaşı “Bu barədə baş ofisə zəng edin” cavabını verdi. Çətinliklə olsa da “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Departamentinin rəisi İqor Xankişiyevin telefonunu öyrənib olunla əlaqə saxladıq. Xankişiyev bizə bildirdi ki, Tunel Tikinti İdarələri çoxdan ləğv olunub və TTİ-lərdə yoxlama getmir. Müxbirimizin “Axı, Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavədə “Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələri siyahısında 1 saylı Tunel Tikinti İdarəsi, 2 saylı Tunel Tikinti İdarəsi, 3 saylı Tunel Tikinti İdarəsi göstərilib” fikrinə Xankişiyev münasibət bildirmədən dəstəyi asdı.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR