Vəzir Həsənovun qardaşı DİN-dən xaric olundu

Ramil-Usubov-yenidsdFaiq Şabanova şiddətli töhmət verilib

Bu gün Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) Gəncə şəhər polisi ilə bağlı  maraqlı məlumat daxil olub.

Tovuz Gömrük İdarəsinin keçmiş rəisi, hazırda Sumqayıt Gömrük İdarəsində rəis işləyən Vəzir Həsənovun qardaşı Tahir Həsənov DİN-dən xaric olunub. Aldığımız məlumata görə bir neçə  Gəncə sakininin DİN-ə müraciətindən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin  Gəncə şəhərində keçirdiyi əməliyyat tədbirləri nəticəsində və sonradan DİN-in Daxili Təhqiqatlar İdarəsinin Gəncə ŞBPİ-də apardığı yoxlamalar nəticəsində, Gəncə ŞBPİ-nin rəisi polis polkovniki Faiq Şabanov şiddətli töhmət və  Nizami RPİ-in rəisinə xidmətə tam yararsız töhməti verilib. Ən əsası isə  Nizami RPİ-in bölmə rəisi Tahir Həsənov DİN-dən xaric olunub.

Qeyd edək ki, mətbuat Gəncə ŞBPİ-dəki  nöqsanlarla bağlı mütəmadi olaraq yazılar  dərc edərək  problemləri gündəmdə saxlayıb. Nəticəsi də bu gün məlum olub.

Məlumat  üçün  bildirək ki,  DİN-dən  xaric olunan Tahir Həsənovun qardaşı  Vəzir Həsənov uzun illərdi Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsində işləyib, sonradan özünün istəyi olmadan Sumqayıt Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Ancaq bu başqa yazının mövzusu olduğu üçün bu məsələyə gələn yazımızda geniş yer ayıracağıq.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR