Qiymət artımı şadlıq saraylarının menyusuna təsir etməyib

img1407418Bazarlardakı bahalaşma hələ ki, onlardan yan keçib… Rusiyaya qarşı Qərbin iqtisadi sanksiyaları artıq Azərbaycanda da kənd təsərrüfatı məhsulları və ərzağın bahalaşmasında özünü göstərir. Son bir həftə ərzində bəzi məhsulların qiymətinin hətta iki dəfə artması bunun bariz göstəricisidir.

Mövcud durumun paytaxtdakı şadlıq saraylarının menyularında olan qiymətlərə hansı təsirinin olub-olmamasını öyrənmək üçün onlardan bir neçəsi ilə əlaqə saxladıq.
“İmperator” şadlıq sarayının əməkdaşı qiymətlərin stabil olaraq qaldığını bildirdi. Topdan formada aldıqları məhsulların qiymətlərində cüzi bahalaşma olduğunu söyləyən şəxs menyudakı qiymətlərin restoranın seçiləcək zalından və gələn qonaqların sayından asılı olaraq dəyişdiyini bildirdi.
Suallarımızı cavablandıran “Altun” şadlıq sarayının inzibatçısı da menyu qiymətlərində dəyişiklik olmadığını dedi. İstəkdən asılı olaraq menyudakı qiymətlərin 50, 60, 80 manat arasında dəyişdiyini deyən inzibatçı menyuya ediləcək dəyişikliklərin ancaq administratorla razılaşdırıldığını söylədi.
“Ağ çiçəyim” şadlıq sarayının mühasib xanımı isə qiymətlərin minimum 45 manatdan başladığını və 80 manatadək davam etdiyini söylədi. Onun sözlərinə görə, rəhbərlikdən menyudakı qiymətlərin qaldırılması ilə bağlı heç bir göstəriş verilməyib.
“Bakı Əyləncə Mərkəzi”nin administratoru Anar bəy də qiymətlərdə hələ ki, dəyişiklik olmadığını bildirdi.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR