Adsız istiqrazlar üzrə lotereyanın növbəti, 39-cu tirajı keçirildi

mugan_bank_000

“Muğanbank” ASC-nin baş ofisində sentyabr ayının 15-də adsız istiqrazlar üzrə lotereyanın 39-cu tirajının nəticələri müəyyənləşdi. 
İstaqraz sahibləri tərəfindən tirajın gedişatının rahat izlənilməsi üçün və prosesin şəffaflığını təmin etmək məqsədi ilə tədbir “Muğanbank” ASC-nin rəsmi saytında canlı yayımlandı. Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 AZN-dir.

Tirajın nəticələri ilə “Xalq qəzeti”nin növbəti sayında, həmçinin, “Muğanbank” ASC-nin rəsmi saytında tanış ola bilərsiniz (http://www.muganbank.az/retail/bearer-bonds/list/). Həmçinin, 933 Məlumat Mərkəzinə zəng etməklə məlumat ala bilərsiniz. Növbəti 40-cı tiraj 2014-cü il oktyabr ayının 30-da “Muğanbank” ASC-nin Ə. Rəcəbli 21B ünvanında yerləşən baş ofisində keçiriləcəkdir. “Muğanbank” ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatından keçmişdir. Bank 50 mln. manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri  50 manatdır.  10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.

Bu məhsulun riskdən azad olması kimi müsbət xüsusiyyəti əhəmiyyətli və kifayət qədər cəlbedici faktdır. Belə ki, hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibi istənilən vaxt istiqrazlarını “Muğanbank” ASC-nin istənilən filialına qaytarıb istiqrazların nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına malikdir. Başqa sözlə desək, bank öz qiymətli kağızlarının tam likvidliyini təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya etmək qərarının verilməsi üçün mühüm əsasdır.

İstiqraz hər zaman real pul deməkdir!

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR