Əmək Müfəttişliyi “Butastone” şirkətinin əməllərini ört-bastır edir

 скачанные файлыQafqaznews.org saytının 17 iyul tarixli sayında “Butastone şirkəti bizim əmək haqqımızı vermir”  başlıqlı  yazı dərc olunmuşdu. Şirkətin işçiləri  Pərviz Rzayev və Mübariz Tağıyevin  dediklərinə görə onlar Bakı Gimnastika Arenasının tikintisində iştirak ediblər: “Bizimlə birlikdə 10 nəfər fəhlə işə qəbul olundu. Hərdən bizi gecə saat 2-yədək işləməyə məcbur edirdilər. Biz şirkətdə 6 ay işləsək də 3 ayın maaşını verdilər. Bununla bağlı şirkətin təsisçisi və direktoru Namiq Əsədova müraciət etdik , o isə bizi kabinetindən qovdu”.

Bu barədə  müxbirimiz Namiq Əsədovla əlaqə saxlayanda şirkətin rəhbəri bildirib ki, fəhlələrin dedikləri həqiqətə uyğun deyil. Screenshot_2014-08-30-01-13-43-1_resized-236x339 (1)

Pərviz Rzayev və Mübariz Tağıyev redaksiyamıza bildirib ki, onlar hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Əmək Müfəttişliyinə yazılı müraciət ediblər.

Əmək Müfəttişliyinin rəisi Məhərrəm Maxarov Qafqaznews.org-a bildirib ki, biz məsələni diqqətlə araşdıracağıq, əgər fəhlələri  əmək müqaviləsi olmadan işlədiliblərsə, şirkəti cərimə edəcəyik.

Rəis onu da əlavə edib ki, əgər qanunsuz  işlədilən fəhlələrin sayı 10-dan çox olarsa  şirkətə qarşı cinayət işi qaldırılacaq.

Yuxarıda qeyd etdiyimiz kimi  hüququ pozulan fəhlələr Əmək Müfəttişliyinə şikayət ediblər.

Onların şikayəti regional şöbələrdən birinin müfəttişi  Hüseyn Əsgərova tapşırılıb.

Hüseyn Əsgərov müxbirimizə bildirib ki, biz  şikayətlə  bağlı hərtərəfli araşdırma aparırıq.

140808981214080488741406293877IMG-20140725-WA0002_resized-240x300Müxbirimizin  “Siz fəhlələrlə görüşmüsünüzmü”sualına Hüseyn Əsgərov belə cavab verib: “ Fəhlələrin koordinatları mənə məlum olmadığı üçün onlarla görüşməmişəm”.

“Belə olan halda siz hərtərəfli araşdırmanı necə aparacaqsınız?” sualını Əmək Müfəttişliyinin müfəttişi qəribə cavablandırıb: “ Fəhlələrin koordinatlarını müəyyən etmək üçün Butastone şirkətinə müraciət etdik, ancaq onlarda da məlumat yoxdur”.

Müxbirimiz Hüseyn Əsgərova öz köməyini təklif edib: “Əgər sizə lazımdırsa, biz fəhlələrin koordinatlarını sizə verə bilərik”.

Müfəttişin cavabı isə  gözlənilməz olub: “ Biz sizin köməyinizə ehtiyac görmürük”.

Baş verənlərə “Qafqaz Hüquq Mərkəzi”nin idarə rəisi Emin Məmmədov belə aydınlıq gətirib: “Əmək müfəttişliyinin əməkdaşı bir tərəfin mövqeyi ilə kifayətlənməməlidir. Baş verənlərdən belə nəticə çıxır ki, Əmək Müfəttişliyi  Butastone şirkətinin qanunsuz əməllərini ört-bastır edir”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

140808978814080486431406293925IMG-20140725-WA0008_resized-271x339-240x300 140808976214080486161406293860IMG-20140725-WA0000_resized-169x300 140808977114080486251406293868IMG-20140725-WA0001_resized-271x339 140808977714080486331406293902IMG-20140725-WA0006_resized-350x280-300x240

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR