Qobustan camaatı susuzluqdan “nərə çəkir”

Handlerİcra başçısı Adil Məmmədov hər idarə rəisinə 50 metr hasar tapşırıb

 Ötən ilin yayında  Qafqaz  Xəbər Agentliyində (qafqaznews.az)  “Qobustanda su qiyamı”  başlıqlı məqalə dərc olunmuşdu.

Xatırlatma üçün bildirək ki, bir qrup  Qobustan sakini  su çatışmazlığı səbəbindən aksiyaya keçirərək qəsəbədən keçən yolu kəsmişdilər. Təcili  hadisə yerinə  gələn  Qobustan rayon İcra hakimiyyətinin başçısı  Adil Məmmədov  sakinlərə söz vermişdi ki, az  vaxtda su problemi həll olunacaq. Həmin vaxtdan 1 il keçib.

Qobistan sakinləri  yenidən qafqaznews.az-ın   redaksiyasına zəng edərək bildirdilər ki, su problemi həll edilməyib: “ İcra başçısının Cəngidə mal-qara fermaları var. Həmin mal-qara su ilə təmin olunduğu halda rayonun kənd sakinləri suya həsrət qalıblar. Bir maşın su  almaq üçün hər həftə 25 manat pul veririk. İcra başçısı özünə məxsus  yonca sahələrini suvarmaq üçün kifayər qədər  su tapa bilir”.

Şikayətçilər onu da qeyd elədilər ki, rayonun ərazisindən keçən yolun kənarı ilə hasar çəkilib: “ Bu işlər üçün kufayər qədər  dövlət vəsaiti ayrılıb. Ancaq icra başçısı Adil Məmmədov hər idarə rəisinə  50 -100  metr hasar tapşırıb”.

Bir sözlə,  Avropa oyunları öncəsi Qobustanda vəziyyət dözülməzdir. Əhali susuzluqdan “ nərə çəkir”. İcra başçısı isə yonca sahələri, mal-qarasının  yaylağı-qışlaqları ilə məşğuldur. Atalar demişkən, yaz gələr yonca bitər…

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR