Qobustanda “su qiyamı”

4f406e74d88aQobustanın icra başçısı etiraz edən sakinlərə su əvəzinə söz verdi

Redaksiyaya daxil olan məlumata görə bu gün saat 11:00 radələrində Qobustan şəhərinin (keçmiş Nərimankənd və Mərəzə) bir qrup sakini yayın qızmar vaxtında şəhərdə suyun olmamasına etiraz edərək respublika əhəmiyyətli yolu kəsbilər. Bölgə müxbirimizin dediyinə görə şəhər sakinləri 1 maşın suya 25 manat verirlər.

Hadisə yerinə təcili gələn Qobustan İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlərə söz verib ki, yaxın günlərdə su problemi həll olunacaq.

Bölgə müxbirimiz onu da qeyd elədi ki, ölkə başçısının qayğısı nəticəsində Qobustana şəhər statusu verilsə də ictimai yerlərin heç birində adi tualet yoxdur. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR