Təfəkkür Universitetinin təsisçilərindən biri beynəlxalq axtarışa verildi

tefek6Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev beynəlxalq axtarışa verilib

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda R. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, R. Əliyev Təfəkkür Universitetinin təsisçilərindən biridir. O, universitetin Kiyev filialının rektoru olub.
11123597_661759020594626_1737878631_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR