Donbas hövzəsinə xüsusi status verildi

publika.az1410861514загруженное (1)Bu gün Ukrayna Ali Radasında ölkənin şərqindəki böhranın nizama salınması ilə bağlı mühüm iki qanun qəbul edilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bunlar amnistiya və Donbas hövzəsinin xüsusi statusu haqqında qanunlardır.

Donetsk və Luqansk vilayətlərinin xüsusi status haqqında qanun layihəsinə 277, amnistiya haqqıanda qanun layihəsinə isə  287 deputat səs verib.

Xatırladaq ki, Ukrayna prezidenti Poroşenko Donetsk və Luqansk vilayətlərinə xüsusi statusun verilməsini təklif edib. “Xüsusi status” bölgədə rus dilinə dövlət dili statusunun verilməsi, amnistiyanın elan olunması və vilayətlərin ictimai-iqtisadi inkişafına üç il ərzində dəstək verilməsi nəzərdə tutulur.

Sənəddə 9 noyabr 2014-cü ildə növbədənkənar yerli seçkilərin təyin edilməsi tövsiyə edilir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR