İH-nin şöbə müdiri : ““AZİMPORT” vəkilin əmlakını dağıdıb”

  94212_srcBu yaxınlarda haqqin.az saytı  Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi  Rəşad Məmmədovun “Azİmport” şirkətinin faktiki sahibi  olduğunu yazmışdı: “

Azərbaycan mətbuatı R.Məmmədovun bu şirkətinin (şirkətə isə onun bacısının əri Azər Əsgərov rəhbərlik edir) özbaşınalığı ilə üzləşmiş vətəndaşların çoxsaylı şikayətləri əsasında elementar kompensasiyadan da məhrum edilmiş insanların dərdlərindən və fəlakətlərindən bir neçə aydır ki, ətraflı yazır.

Doğrudur, şirkətin özbaşınalığı ilə üzləşmiş insanların bir çoxu məhkəmələrə üz tutmuşdu. Lakin R.Məmmədov öz qulluq mövqeyindən və inzibati resurslardan istifadə edərək məhkəmə sisteminə də bütün mümkün üsullarla təzyiq göstərir, ədalətli qərarların qəbulunu ləngidir, buna mane olurdu”. ( haqqın.az )images31

Bu ilin  mart ayında  keçmiş müstəntiq, hazırda vəkil işləyən Ramiz Zeynalov  Qafqaz  Xəbər  Agentliyinə (qafqaznews.org ) müraciət etmişdi. Vəkil bildirirdi ki: “Azimport şirkəti mənim Zağulbadakı evimi, ofisimi dağıdıb. 2008-ci ildə mən oğlumla fəhlə briqadası tutaraq həmin ərazidən illərlə yığılan zibilləri, tullantıları daşıyaraq oranı təmizlədik. Həmin ərazidə ağaclar əkdik. Bütün bunlar “Azimport”un baş direktorunun göstərişi ilə dağıdılıb. Mənim icra hakimiyyətindən sərəncamım var, bələdiyyənin qərarı var, Torpaq komitəsinin verdiyi sənədlər, mülkiyyət sənədi və s… bunlar “Azimport”un rəhbərliyini maraqlandırmadı. Sənədlərdə tikinti iş icraçısının adına qeyd olunsa da, əslində oranın sahibi Azər Əsgərov və Rəşad Məmmədovdur. Mən məhkəmə yolu ilə öz hüquqlarımı bərpa etmək istəsəm də, bu mümkün olmadı”.

Biz  o zaman  qafqaznews.org  olaraq deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmaq qərarına gəldik.
Zağulba qəsəbəsinin də aid olduğu Buzovna bələdiyyəsinin vergi şöbəsinin müdiri Cəbrayıl Əbdüləzimov  bizə bildirdi ki, həqiqətən də Ramiz Zeynalova məxsus ofis və kafe “Azimport” tərəfindən dağıdılıb.
8 mayda  Qafqaz  Xəbər  Agentliyi (qafqaznews.org ) olaraq tərəfimizdən başlanan araşdırmanı  davam etdirmək və AZİMPORT-un rəyini öyrənmək qərarına gəldik.87256_src-11

Şirkətin kadrlar şöbəsinin müdiri Murad ( soyadını demədi )  Qafqaz  Xəbər  Agentliyinə (qafqaznews.org ) bildirdi ki,  Ramiz Zeynalovun əmlakının dağıdılmasının  AZIMPORT-a dəxli yoxdur: “Əgər  Ramiz Zeynalovun əmlakı ilə bağlı sualınız varsa, Xəzər  RİH-ə müraciət edin”.

Xəzər  RİH-nin ümumi şöbəsinin müdiri  Tahirə ( soyadını demədi ) Qafqaz  Xəbər  Agentliyinə (qafqaznews.org)  bildirib ki: “ Zeynalovun mülkünün AZİMPORT tərəfindən dağıdılması  bizə məlumdur. Şirkət  Ramiz Zeynalova kompensasiya təklif edib, ancaq zərərçəkən imtina edib”.

Vəkil  Ramiz Zeynalov isə deyilənləri təkzib etdi: “ Mənə heç kim kompensasiya təklif  etməyib”.

Rəşad Rüstəmov, Araz Мəmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR