“Şakir Musayevin idarəsi”ndə biabırçı olay….

1358235626_shakir_musayev_180311Ekspert həkim Xəlil  müayinə etdiyi qadına qarşı qeyri-etik hərəkətlər edib…

 Bir neçə gün əvvəl xəbər vermişdik ki,  Bakı ş., Səbail qəs.,  A.Məmmədov küç., 47, mən. 25-də yaşayan  Səbinə Xəlfəyeva  Səbinə   və Sara Balazadə  redaksiymıza  rəsmi olaraq ərizə ilə müraciət ediblər.

Qafqaz Xəbər Agentliyi  bildirir ki,xanımlar öz müraciətlərində bildirirdi ki, 18 noyabr 2013-ci il tarixdə axşam təxminən saat 18:30 radələrində Prezident Aparatının yanındakı küçədən qəflətən  çıxan 10 NZ 440 dövlət nömrə nişanlı qara “Prado“ markalı avtomaşın bizi qabaq krılosu ilə vurdu, hər  ikimiz yerə yıxıldıq….

Sonradan hər iki xanımın səhhətində ciddi problemlər yaranıb. O da məlum olub ki, xanımları maşınla vuran şəxs Prezident Mühafizəsinin keçmiş əməkdaşı polis polkovniki Yusif Babayaevdir. Bu barədə ötən yazımızda geniş məlumat verdiyimiz üçün təkrarçılığa ehtiyac görmürk.

Ona görə də xanımları ən çox hiddətləndirən və həkim adına yaraşmayan bir məqamın üzərində dayanmaq istəyirk.

Belə ki, müstəntiqin təliqəsi ilə həkim müayinəsindən keçmək üçün Səbail rayon ekspertizasına göndərilən  Sara Balazadə heç bir ölçüyə, mənəviyyata sığmayan halla üz-üzə gəlib. Xəlil adlı ekspert-həkim Sara xanımı müayinə edərkən ona qarşı qeyri-etik hərəkətlər edib. Bundan hiddətlənən Sara Balazadə “utanmırsan…yekə kişisən…bu nə hərəkətdir edirsən…” deyəndə  Xəlil Sara Balazadəyə ”biz nehrəmlilər beləyik…səndən xoşum gəldi…səni saxlayan yoxdursa, mən saxlayım” deyərək mobil telefonunu da  xanıma verib: 050-211-..-.. Və deyib ki, mənimlə əlaqə saxla.

Xanımlar xahiş edir ki, onların pozulmuş  hüquqları ilə bağlı və həkim-ekspertin nalayq hərəkətləri barədə müvafq orqanlara məlumat çatdıraq.

İndi söz Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayevindir…

Qarşı  tərəfin də mövqeyini dinləməyə hazırıq.

Araz Мəmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR