Heydər Əsədov Aslan Aslanovu şəhərin baş baytarı təyin etdi

images (1)Xəbər  verdiyimiz kimi kənd təsərrüfatı naziri  Heydər  Əsədov  Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayevi, onun müavini Hacı Şahları, idarənin baş mühasibi Minə xanımı tutduğu vəzifədən azad edib. Kimin paytaxtın baş baytarı olacağı ilə bağlı müxtəlif variantlar irəli sürülürdü.

Dünən kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun əmri ilə Aslan Aslanov Bakı Şəhəri Baytarlıq İdarəsinin rəisi təyin olunub.

Aslan Aslanov  3-cü mikrorayonda yerləşən bazarda laboratoriya müdiri işləyirdi.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR