Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev işdən azad olunacaq

скачанные файлыKənd təsərrüfatı naziri  Heydər Əsədov son bir ayda rəhbərlik etdiyi qurumda xeyli kadr islahatları həyata keçirib.  Cənab nazir ilk  öncə  öz müavinləri  Aslan Aslanovu  və Bəhram Əliyevi  işdən azad etdi. Sonra kadr islahatları  nazirliyin yanında olan Dövlət Baytarlıq  Xidmətində ( DBX ) baş verdi. Belə ki, Heydər Əsədov  DBX-nin rəis müavini  Cavid Hadıyevi işdən kənarlaşdırdı. Daha doğrusu, Cavid Hadıyev hazırda məzuniyyətdədir. Razılaşmaya əsasən məzuniyyətdən sonra işə qayıtmayacaq. Sonra növbə Bakı Şəhər Baytarlıq Xidmətinə çatdı. Cənab nazir  şəhərin baş baytarı Şahmar Abdullayevi vəzifəsindən uzaqlaşdırdı.

Redaksiyamıza daxil olan məlumata görə növbə nazirin sonuncu müavini İlham Quliyevindir. Məlumdur ki, iki müavinin vəzifədən azad olunmasından sonra Heydər Əsədov axırıncı müavin ilə işləyir. Məlumata görə yaxın vaxtlarda İlham Quliyev də  öz vəzifəsilə vidalaşacaq. Onu da bildirək ki, İlham Quliyev  Politexnik İnstitutunu ( indiki Texniki Universiteti ) bitirib və ixtisasca  bu sahəyə yad kadrdır. Əslən Gürcüstandan olan İlham Quliyev  uzun müddətdir ki, nazirlikdə işləyir. Son 10 ildə kifayət qədər  varlanmış nazir müavini  şəhərin bir neçə yerində, hətta “Torqovı”da  evlər alıb, böyük biznesə sahibdir. Hətta 100 minlik  avtomobil  hədiyyə edəcək dərəcədə  “əliaçıqdır”.  Görəsən, bunlardan cənab Heydər  Əsədovun xəbəri varmı..?

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR