Kürdəmir sakini Yadigar Qurbanov yenidən Baş prokuror Zakir Qaralova müraciət etdi

zakir-qaralov2Qafqaznews.az-ın redaksiyasına Kürdəmir rayon sakini Yadigar Qurbanov tərəfindən, Baş prokuror Zakir Qaralova ünvanlanmış şikayət məktubunun surəti daxil olmuşdur.Məktubu olduğu kimi təqdim edirik:
“Cənab Baş prokuror!
Mənə qarşı törədilmiş qrup şəkilində dələduzluq cinayət əməli ilə bağlı Kürdəmir rayon prokurorluğuna və Kürdəmir RPŞ-ə müraciətim əsassız olaraq rədd olunub və bu barədə qərar çıxarılıb.
Mənim haqlı müraciərimlə bağlı çıxarılmış qanunsuz qərarın ləğv edilməsi və müraciətin yenidən obyektiv araşdırılması üçün dəfələrlə Baş prokurorluğa və DİN-in rəhbərliyinə müraciət etmişəm.
Mənim müraciətimə cavab olaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin göndəriyi 02.10.2013-cü il tarixli , N 005-33708Q-3213 saylı məktubunda qeyd olunur ki: “ Müraciətinizdə göstərilən və digər xüsusatların tam, hərtərəfəli araşdırılması məqsədilə qəbul edilmiş qərarın ləğv edilməsi barədə AR Baş Prokurorluğu qarşısında vəsatət qaldırılmış, müraciətiniz vəsatətlə prokurorluğa göndərilmişdir”.
DİN-in İstintaq və Təhqiqat İdarəsinin qaldırdığı vəsatət Kürdəmir rayon prokuroru Əlixan Əliyev tərəfindən əsassız olaraq, heç bir araşdırma aparmadan rədd edilmiş və bu barədə qərar qəbul edilmişdir.

Cənab Baş Prokuror!
Zərərçəkən tərəf kimi tam məsuliyyətimlə bildirirəm ki, prokuror Əlixan Əliyev bu işdə hər mənada maraqlıdır və işin obyektiv aparılmasına əngəl törədir.

Sizdən rica edirəm mənə və ailə üzvlərimə qarşı törədilmiş cinayətin obyektiv araşdırılması üçün işi öz nəzarətinizə götürəsiniz.
Buna görə də müstəntiq Ziya Əhmədov ,qəbul edilmiş 31 iyul 2013-cü il tarixli qərarın ləğv edilməsi, material üzrə araşdırma aparılmasını və cinayət işi başlanması və işin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya ilə mübarizə idarəsində və yaxud Azərbaycan Respublikası DİN-də istintaq edilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir”,- Yadigar Qurbanov bildirir.
Qeyd edək ki, DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin rəisi Sərvər Mehrəliyev tərəfindən göndərilmiş cavab məktubunda Yadigar Qurbanova bildirilib ki, müraciətdə göstərilən və digər xüsusatların tam, hərtərəfli araşdırılması məqsədi ilə qəbul edilmiş qərarın ləğv olunması barədə Baş Prokurorluq qarşısında vəsatət qaldırılmış,müraciət vəsatətlə prokurorluğa göndərilmişdir.

“Bildiririk ki,aldadılaraq pulunuzun ələ keçirilməsi və digər qanunsuzluqlar barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığınız 18 avqust 2013-cü il tarixli müraciətə baxılaraq 29 avqust 2013-cü il tarixli 007-6192Q-3213 nömrəli məktubla aidiyyəti üzrə Kürdəmir RPŞ-yə göndərilmişdir”,-cavab məktubunda qeyd olunub.

Bütün bu müraciətlərə və ortada çoxsaylı faktlara baxmayaraq işinə obyektiv baxılmadığından Yadigar Qurbanov ikinci dəfə baş prokurora müraciət etmişdir: “…sizin ünvanınıza göndərdiyim ərizə Kürdəmir r-n prokuroru Əlixan Əliyev tərəfindən nəzarətə götürülərək Kürdəmir RPŞ-in müstəntiqi Ziya Əhmədovun çıxartdığı rədd qərarına, bütün ərizələr arxivdə olan işə əlavə olunmuşdur, lakin bununla bağlı heç bir qərar qəbul edilməmişdir. Hansı ki, mən həmin qərarın ləğv edilməsi və yenidən araşdırma aparılmasını tələb etmişdim.Ancaq bununla əlaqədar rayon prokuroru Əlixan Əliyev heç bir tədbir görməmişdir. Bunun səbəbi də güman edirəm bu işdə onun cinayətkar Davud Əhmədovun qarşısında gözü kölgəli olmasıdır.

Bu səbəbdən Davud Əhmədov barəsində cinayət işi 2 dəfə xitam olunumuşdur.Qeyd edim ki, istintaqa və təhqiqata rayon prokuroru Əlixan Əliyev özü nəzarət edib və Davudun dediyinə görə prokuror Əlixan Əliyev bu işə görə rüşvət alıb.

Məlumat üçün bildirirəm ki , yalnız Ədalətli Babək ,o da DİN –in Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən küllü miqdarda narkotik maddələr saxlanmasına görə həbs olunmuşdur və onun barəsində hal-hazırda istintaq aparılır.
Məhz bu səbəblərdən sizə müraciət edərək bu işin yenidən araşdırılmasını və rayon prokuroru Əlixan Əliyev barəsində qanuni tədbir görülməsini xahiş edirəm”.
Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR