İrşad Əliyevin oğlu və gəlini arasında məhkəmə çəkişməsi

baschiirsadKeçmiş nazirinin oğluna məxsus əmlakın geniş siyahısı

Son günlər  Kürdəmirin icra başçısı, sabiq kənd təsərrüfatı naziri İrşad Əliyevin başının üstündə qara buludlar dolaşır.

Mətbuat yazır ki, təhsil naziri Mikayıl Cabbarov  İrşad Əliyevin uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək  vəzifələrdə işləmiş bacısını işdən azad elədi.

Digər məlumatda bildirilir ki, İrşad Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nzami Feyzullayevi xəstəxanalıq edərək yatağa salıb.

Belə ki, xəstəxananın təmirinə ayrılan 200 min manatı icra başçısı ilə baş həkim bölə bilmirlər.

İndi isə redaksiyamıza İrşad Əliyevlə bağlı daha ilginc məlumat daxil olub. Belə ki, İrşad  Əliyevin oğlu Vüqar Əliyevlə keçmiş həyat yoldaşı Məmmədova Nigar Azad qızının arasında əmlak bölgüsü ilə bağlı məhəkəmə prosesi gedib. Və keçmiş ər-arvad arasında əmlak bölgüsü hələ də başa çatmaq bilmir. Keçmiş nazirin oğluna məxsus əmlakın siyahısı o qədər genişdir ki, hətta məhkəmə icraçıları çətinlik qarşısında qalıblar. Belə ki, Məmmədova  Nigar Azad qızı keçmiş ərinə məxsus əmlakın tam siyahısını məhkəməyə təqdim edib. Təkcə onu qeyd edək ki, İrşad Əliyevin oğluna məxsus olan bahalı xarici avtomobillərin siyahısı çox genişdir.

Ortaya haqlı sual çıxır: icra başçısının oğlu bu qədər əmlakı hansı pulla əldə edib?

Hazırda keçmiş nazirn oğluna və digər ailə üzvlərinə məxsus olan əlmakla bağlı araşdırmamız davam edir.

Bizi izləyin.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR