Cəlilabadın Maliyyə İdarəsi rəisinin diplomu saxtadırmı?

1389163854_maliyye_1335856045_maliyye_nazirliyiSamir Şərifovun, Əziz Əzizovun bu biabırçılıqdan xəbəri yoxdur?

İki il əvvəl Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasının ( TQDK ) sədri Məleykə Abbaszadə bildirmişdi ki, ölkədə 20 mindən artıq saxta diplomlu  ali təhsilli şəxs var. Həmin vaxt  Məleykə xanımdan tələb etdik ki, bu şəxslərin siyahısını açıqlayın. Ancaq TQDK sədri bildirdi ki, bunu edə bilməzlər. Maraqlıdır, bu saxta diplomların sahibləri məgər dövlət sirridir ki, açıqlamaq olmur..?

Onu da nəzərə alaq ki, bu açıqlamanı dövlətin məsul şəxsi bildirmişdi. Düzdür, həmin açıqlamadan sonra Təhsil Nazirliyi kosmetik addımlar atdı, diplomların yoxlanmasına başlansa da proses davam etmədi. Həm də unutmayaq ki, TQDK sədrinin dediyi saxta diplom sahibləri bu gün də bir çox dövlət qurumlarında, hətta müxtəlif nazirliklərdə çalışırlar. Və saxta diplom almaqları bir yana, həm də saxta yolla dövlətdən milyonlarla əmək haqqı alıblar.

Görəsən həmin saxta dplom sahiblərini vəzifəyə təyin edən rəhbər işçilər məsuliyyət daşımır..?

Legion.az  saytının tedaksiyasına daxil olan məlumata görə yuxarıda qeyd elədiyimiz saxta diplom sahiblərindən biri də Cəlilabad rayon Maliyyə  İdarəsinin rəisi Əlinazim Quliyevdir. Əlbəttə, bunu dəqiqləşdirmək bizim deyil, müvafiq dövlət orqanlarının, ən əsası maliyyə naziri  Samir Şərifovun vəzifə borcudur.

Redaksiyamıza daxil olan məlumata görə dövlət büdcəsindən rayondakı müəssisələrə ayrılan pullara Əlinazim Quliyev şərik olduğu üçün rayonda ciddi narazılıq var. Ancaq maraqlıdır ki, Cəlilabadın icra başçısı Əziz Əzizov bu biabırçılığa niyə göz yumur..? Bəlkə, başçının gözünə bu bibırçılıqdan pay düşüb..?

Aldığımız son məlumata görə hazırda Maliyyə İdarəsinin rəisinin diploma araşdırılır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR