Paytaxtın strateji rayonu Səbaildə nələr baş verir..?

1414230999_1400217772-416Asif  Əsgərovun “tarif şuras”ı  və  “özəl hərrac komissiyası”

Bugünkü  araşdırmada məqsədimiz  paytaxt rayonları icra hakimiyyətlərinin saytlarının vəziyyətini öyrənmək idi. Bu problemin aktuallığını xüsusi qeyd etməyə ehtiyac görmürük. Hətta ölkə baçısı cənab İlham Əliyev  dəfələrlə dövlət qurumlarının ictimaiyyətlə əlaqələrinin düzgün və şəffaf qurulmasının vacibliyini vurğulayıb. Bunun üçün  100-200 minlik rayonlara rəhbərlik  edən  rayon icra aparatlarının saytlarının əhəmiyyəti danılmazdır.

İnsaf naminə qeyd edək ki, paytaxtın müəyyən mənada “ucqarı” sayılan Sabunçu, Suraxanı və digər rayonların icra aparatlarının saytları az-çox günün tələblərinə cavab verir. Ancaq çox təəssüf ki, bu sözləri paytaxtın hər mənada strateji rayonu olan Səbailin İH-nin saytı haqqında söyləmək olmur.

Həqiqətən də Səbail rayonu paytaxt Bakının strateji rayonudur. Prezident Aparatı, Milli Məclis, güc nazirlikləri, ali məktəblər və digər dövlət qurumları Səbail rayonunun ərazsində yerləşir. Obrazlı desək, Bakı Azərbaycan üçün nədirsə, Səbail rayonu da paytaxtımız üçün həmin rolu oynayır. Yəni hər mənada Səbail rayonu stratej rayondur. Bu rayonun saytına baxış keçirərkən məəttəl qaldıq. Bu saytda hətta icra başçısının adını tapmaq mümkün deyil. İcra başçının aparatı haqqında heç bir məlumat yoxdur. Bu yolverilməzdir, hətta biabırçılıqdır. Bu məsələyə aydınlıq gətirmək üçün saytdakı yeganə telefonla ( 4-93-10-55 )   əlaqə saxladıq. Telefona cavab verən şəxs 4-93-34-62  telefonu ilə ictimai-siyasi şöbə ilə əlaqə saxlamağı məsləhət bildi. İctima-siyasi şöbənin əməkdaşı isə bildirdi ki, ola bilməz…

İnanmayanlar, Səbail RİH-nin saytını açıb baxa bilər: sabail-ih.gov.az

Bəs, görəsən, Səbail RİH-nin başçısı cənab Asif Əsgərov hara baxır..?

Rayonla bağlı araşdırma zamanı məlum oldu ki, Səbailin ərazisindəki Şıxov adlı yerdə torpağın 1 sotu 17-20 min manata satılır. Və alqı-satqını icra başçısına yaxın bir neçə şəxs həyata keçirir. Ortaya haqlı sual çıxır. Axı, hökumətin qərarı ilə torpaqlar hərrac komissiyası tərəfindən həyata keçirilməli və dövlət büdcəsinə pul daxil olmalıdır. Amma, deyəsən, cənab Asif Əsgərovun özünün “tarif şura”sı və “özəl hərrac komissiyası”  fəaliyyət göstərir.

Rayonun ərazisindəki istirahət mərkəzlərinin “aylığ”a oturdulması və hər ay  toplanan xeyli miqadarda pulun kimin cibinə getməsi ilə bağlı məlumatlar isə paytaxtın strateji rayonunun başçısına başucalığı gətirmir. Digər istiqamətlərdə araşdırmamız davam edir.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR