Elşad Abdullayevin qaynatasının 1 milyonluq mülkü…

1385711019elsad-abuHüseyn Əhmədov  Məlhəmdəki istirahət zonasını kimə satdı? 

Sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmə prosesində Eşad Abdullayevin qaynatası Hüseyn Əhmədov verdiyi ifadəsində  deyrdi ki, şəxsi kitabxanamı möhürləyiblər, kitablarımı müsadirə ediblər, nəvəmin adına banka qoyduğum  30 min manat pula həbs qoyublar…

Bunları  oxuyanda bu yaşlı insanın halına çox acıdım. Fikirləşdim ki, bu insanın başına hansı müsibətləri gətiriblər. Və qocaman jurnalist  yaşının bu çağında kürəkəni Elşad Abdullayevin güdazına düşüb.

Baxmayaraq ki, bu gün Hüseyn Əhmədov kimi minlərlə yazı-pozu adamı  nəinki 30 min manatı nəvəsinin bank hesabına qoymağa imkanı yoxdur, hətta özlərini güclə dolandırırlar.

Ancaq bu gün redaksiyamıza daxil olan bir sənəd bzim bütün bu düşüncələrimizi alt-üst elədi. Və məlum oldu ki, Elşad Abdullayevin qaynatasının “qiymətli kitabları”nı müsadirə eləsələr də, nəvəsinin adına banka qoyulan 30 min manatı dondursalar da…nə qədər qəribə olsa da öz adına olan və dəyəri milyonla ölçülən 4 hektar torpaq sahəsini yada salan olmayıb.

Sənədlə tanış olanda məlum olur ki, Hüseyn Əhmədov 2001-ci ildə Şamaxının Məlhəm kəndində  istirahət  zonası yaratmaq məqsədilə 4.0  hektar torpaq sahəsi alıb. Bunu Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 27 dekabr  2001-ci ildə verdiyi JN: 411,  KOD 41017028  saylı sənəd də təsdiq edir. Şamaxının Məlhəm kənfində 4 hektar torpaq sahəsinə sahib olmağın nə demək olduğunu izah etməyə ehtiyac yoxdur.

Ən maraqlısı isə odur ki, Elşad Abdullayevlə bağlı məhkəmənin qızğın çağında, daha dəqiq desək  3 ay əvvəl Hüseyn  Əhmədov  bu torpaq sahəsini 1 milyon manata bir şəxsə satıb. Torpağı alan şəxsin kimliyi də bizə məlumdur.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR