“Azİmport” dövlət büdcəsini necə talayır-FOTO

93821_res_01Bakıda, ümumən bütün Abşeron yarımadasında təmir-tikinti, abadlıq və yaşıllaşdırma işləri sahəsindəki əsas inhisarçı olan “Azİmport” şirkətindən bəhs edərkən indiyə qədər əsas diqqəti vətəndaşların hüquqlarının total şəkildə pozulmasına yönəltmişdik.

Bu şirkət əlindəki inzibati resurslardan sui-istifadə edərək həyasızcasına reyderliklə məşğul olub, insanların halal və qanuni mülklərini sadəcə olaraq qəsb edib. Bu haqda çoxsaylı məqalələr yazmışıq.93822_src

Lakin dövlət büdcəsi vəsaitlərini mənimsəyən “Azİmport” şirkətinin fəaliyyətinin digər tərəfləri Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun (bu şirkətin faktiki sahibinin) erməni mənşəli olması kimi sensasion faktın açıqlanması ilə əlaqədar olaraq bir qədər kölgədə qaldı.Dövlət məmurunun erməni mənşəyi məsələsini hələlik bir kənara qoyaq. Axı bizim ictimaiyyət Ermənistanın özündə də siyasətçi Paruyr Ayrikyanın və ya Georgi Vanyanın timsalında tamamilə vicdanlı və ədalətli insanların yaşadığına əmin olub.

93823_src

Rəşad Məmmədov-Martirosov keçmiş OMON-çu Azər Əsgərovla əl-ələ verərək Azərbaycana, onun dövlət büdcəsinə Qarabağdakı işğalçı rejimdən də çox zərbə vurub. Bunu faktlar, sənəd və dəlillərlə sübut etməyə çalışacağıq.

Abşeronda əsas şose yollarının kənarında ucaldılmış “Potyomkin hasarları” Bakıda lətifə mövzusuna çevrilib. Başı büdcə vəsaitlərini talamağa qarışmış dövlət oliqarxiyası eyforiya içində on milyonlarla manatı mənimsəməklə məşğul idi. Bu pullar dövlət xəzinəsindən müasir Azərbaycanın irreal mənzərəsini gizlətmək üçün ayrılmışdı…

93824_src (1)

Xəzər Rayon İcra Hakimiyyəti (RİH) aparatının keçmiş əməkdaşlarından birinin virtualaz.org saytına verdiyi məlumata görə, “Azİmport” şirkəti bu “Potyomkin hasarları”nın tikintisi zamanı on milyonlarla manat vəsaiti mənimsəyib.

Mənimsəmə mexanizmi isə belə olub. Hasara hörülmüş bir ədəd mişar daşı (“kubik”) şirkətə cəmi 32 qəpiyə başa gəlib. Lakin büdcədən bir mişar daşı üçün 1 manat 60 qəpik ayrılıb. Çox sərfəli qazanc yeridir… Buzovnada mərkəzi şose yolu boyunca kilometrlərlə uzanan hasar çəkilib. “Azİmport” şirkəti bu hasardakı hər daşdan 1 manat 28 qəpik xalis qazanc götürüb. İndi bu 1 manat 28 qəpiyi on milyonlarla mişar daşına vurun!!! Biz hələ sement, qum, digər tikinti materiallarını demirik!

93825_src

Hələ bu da hamısı deyil. Xəzər RİH-in nümayəndəsi K.Əliyevin Xəzər RİH başçısı Q.İslamova təqdim etdiyi 29.12.2011-ci il tarixli xidməti arayışda RİH-in sərəncamı ilə əmlak almış 47, bələdiyyənin sərəncamı ilə mülk almış 68 mülk sahibinin siyahısı var. Daha 10  vətəndaşın isə əmlak sahibi olmasına dair dövlət aktı olub. Adı bu siyahıya düşən sakinlərdən yalnız birinin – Seymur Arif oğlu Rəhimovun heç bir sənədi olmayıb.

Siyahıdakı şəxslərin əmlakının ümumi sahəsi 7598 kvadratmetr təşkil edib. Lakin bu əmlak sahiblərinin heç biri özlərinin sökülmüş mülkünə görə bir qəpik də kompensasiya almayıb.

Bəs “Azİmport” şirkəti vətəndaşlara sökülən mülklərinə görə ədalətli şəkildə kompensasiya ödəmək üçün nə qədər büdcə vəsaiti alıb? 1 kvadratmetr üçün 1650 manat hesabı ilə düz 12 milyon 536 min manat! Yəni bir tərəfdən insanlara pul ödəməyiblər, digər tərəfdən isə onların sökülən obyektlərinin yerində 158 mağaza tikiblər! Özü də bu mağazaların hamısını icarəyə veriblər!

93826_srcBurada qarət-talan sxeminin daha bir vacib detalı ilə rastlaşırıq. Hesabatlarda guya 126 obyektin söküldüyü bildirilir. Əslində isə cəmi 40 obyekt sökülür. Yəni 126 obyektdən 80 dağıdılmışı və yenidən qurulanı yalnız kağız üstündədir! Şirkət 80 obyektin sökülməsi və 80 yeni mağazanın tikilməsi əməliyyatından da xeyli miqdarda xalis gəlir götürüb. Bəs şirkət əslində nə edib? 80 mağazanı yüngülvari təmir edir və daha 78-ni tikir. Qazanc ölçüyəgəlməz dərəcədə böyükdür. Oğurluq elə budur…

Buzovna bələdiyyəsi virtualaz.org saytının bu mağazaların kimə məxsus olması barədəki sorğusuna cavab verməkdən imtina etdi.

Qeyd edək ki, “Azİmport” şirkəti Xəzər rayonunda podrat işləri görmək üçün Xəzər RİH-lə iki müqavilə bağlayıb. Onlardan biri Bakı-aeroport-Zuğulba magistral yolunun çəkilməsi, ikincisi isə 26 saylı məktəbin əsaslı təmirinə dair olub.

Amma “Azİmport” şirkəti kommersiya sirri olduğunu əsas gətirərək bu iki müqavilə ilə bağlı informasiya verməkdən hələ də imtina edir.

“Bizim qəsəbədə hər şeyi dağıtdılar. İnsanların mal-mülkünü bacardıqları qədər qəsb etdilər. “Azİmport” şirkəti mənim Rasim İmanov küçəsi, 2 ünvanındakı qarajımı ələ keçirdi. Qarajı uçurub dağıtdılar. Bir qəpik də kompensasiya ödəmədilər. Mənim qarajımın yerində, digər sakinlərin əmlakının yerində nəhəng ticarət mərkəzi tikiblər” – deyə Buzovna sakini olan neftçi Azər Salmanov başına gələnləri nəql edir.Burada isə vətəndaş Kalyaginanın evini söküblər. Və uzun müddət kompensasiya verməkdən imtina ediblər. Yalnız Rusiyanın Bakıdakı səfirinin işə qarışmasından sonra şirkət ona başqa yerdə ev tikib.

Yeri gəlmişkən ticarət mərkəzlərindən biri də şirkətin Fazil adlı iş icraçısının adına rəsmiləşdirilib.93829_src

Şirkət təkcə vətəndaşların mülkiyyətini zəbt etmir, bələdiyyənin də torpaqlarını ələ keçirir. Özü də heç bir qanuni icazə olmadan.

Fotoya diqqət yetirin, bax burada ticarət mərkəzi tikiblər, yanında restoran, sonra otel, pullu avtodayanacaq. Axı bu torpaqların müəyyən hissəsi bələdiyyə torpaqları idi! Və heç kim bu torpaqların ticarət obyektlərinin tikintisi üçün ayrılmasına icazə verməyib.93830_src

Diqqət yetirin, “Azİmport” faktiki olaraq misilsiz və unikal oğurluq modelini həyata keçirib.

Bir tərəfdən dövlət büdcəsindən milyonları-mülkiyyətçilərə ədalətli kompensasiyaların ödənilməsi üçün ayrılan subsidiyaları mənimsəyirlər, sonra həmin pullara ticarət obyektləri, restoranlar, ZƏBT OLUNMUŞ TORPAQLARDA obyektlər tikirlər.

Daha sonra həmin obyektləri sanballı məbləğə icarəyə veriblər,üstəlik bələdiyyə torpaqlarını da zəbt ediblər. Hansı ki, həmin torpaqları da bölüb satırlar! Və bütün bunlar qəsəbələrin və şəhərlərin abadlığı adı altında edilir! Azərbaycanda hələ heç kim bu cür oğurlamamışdı!!!93831_src

Sizə daha bir nümunə. Bələdiyyə torpaqlarında, “Potyomkin hasarları”nın o üzündə şirkət fərdi evlər, villar tikir, bundan yaxşıca qazanır. Sonra onları satışa çıxarır.

Bu fotoda isə nəhəng supermarketin tikildiyi yerdir. Qəsəbə sakinlərinin informasiyasına görə burada “Grand-market” açılacaq.

Həmin bu qəsəbədə şirkətin sahiblərinin-Rəşad Məmmədov-Martirosovun və Azər Əsgərovun iki nəhəng villası var. Və bu villaların arasında onlarla hektar sahibsiz (əslində bələdiyyə torpaqlarıdır) yerləşir.

Soyğunçular nə edirlər? Yüzlərlə hektar torpağı ələ keçirib hasarlayırlar (bəli, bəli, burada söhbət dövlət vəsaitləri hesabına tikilən həmin “patyomkin hasarlarından” gedir) və bölüb satırlar-sotunu 10-20 min manatdan!

Cəmi bir neçə həftə əvvəl prezident İlham Əliyev kənd təsərrüfatı üçün yararlı torpaqlardan düzgün istifadə olunmamas məsələsini qaldırdı və bunun yolverilməzliyini bildirdi. Budur, kəndlilərin torpaqlarından necə istifadə edirlər-dəbdəbəli malikanələr tikirlər, özü də dövlət büdcəsindən oğurlanmış pulların hesabına…

Araşdırmalarımız davam edir.

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR