“Azercell”in pərdəarxasındakı əsas fiqurları:Kiril Qaburiç, Voronin, Ali Ağan, Musa Pənahov, Rza İbadov və s.

138918736411Xeyli müddətdir  “ Azercell” MMC-nin fəaliyyəti ilə bağlı ciddi araşdırma aparırdıq. Məqsədimiz  ölkənin ən böyük mobil operatorunda baş verənləri cəmiyyətə  tam halda, yəni bütöv şəkildə çatdırmaq idi.

Məhz belə bir məqamda xəbər saytlarından biri  “Azercell”in fəaliyyəti ilə bağlı  şok adlandırdığı xəbəri cəmiyyətə təqdim etdi. Xəbərə nəzər salanda açıq-aşkar hiss olunur ki, hansısa məqsədlə məlumat tam-bütöv halda deyil, kəsilmiş, yarımçıq, sanki qayçılanmış  halda ötürülüb. Və sanki bilərəkdən hədəf yayındırılıb, əsas fiqurlar pərdə arxasında qalıb. Ona görə də “Azercell”də baş verənlərlə bağlı “ümumi mənzərə”ni cəmiyyətə təqdim etmək qərarına gəldik.

İlk öncə bütün  ölkəni əhatə edən “Azercell” kimi nəhəng müəssisəni idarə edən aparıcı fiqurlarla tanış olaq.

Hazırda “Azercell”in prezidenti Kiril Qaburiç 2001-ci ildən “Moldov-cell”-də çalışıb. Halim Atəş “Moldov-cell”in prezidenti olanda Kiril Qaburiç  şirkətdə satış direktoru olub. Və bu iki şəxsin dostluğu və “birgə fəaliyyəti” həmin dövrdən başlarıb. Onu da qeyd edək ki, həmin dövrdə Vladimir Voronin Moldovanın prezidenti olub. Əsas diqqəti yayındırmadan onu da qeyd edək ki, Vladimir Voroninlə nəqliyyat naziri Ziya Məmmədovun müavini  Musa Pənahov  qudadırlar. Daha dəqiq desək, Musa Pənahovun oğlu Voroninin nəvəsi ilə evlənib.

Halim Atəş  “Moldov-cell”in prezidentliyindən “Azercell”ə prezident gələndə Voroninin razılığı ilə Kiril Qaburiçi  “Moldov-cell”in prezidenti kürsüsünə, yəni öz yerinə əyləşdirib. Həm də nəzərə alaq ki, Kiril Qaburiçlə Halim Atəşinin bir neçə illik birgə fəaliyyəti də bu işdə ciddi rol oynayıb.

Bu cütlüyün fəaliyyəti bununla bitmir. Kiril Qaburiç sanki Halim Atəşi qarabaqara izləyir.

Halim Atəş  “Azercell”in prezidenti vəzifəsindən “Fintur”a ( Finlandiya-Türkiyə birgə müəssisəsi ) rəhbər gedəndə öz yerinə yaxın qohumu Ali Ağanı  “Azercell”ə prezident təyin etdirir.

Halim Atəşin digər yaxın adamı Veysəl  Araldır. Veysəl Aral əvvəlcə “U-zbek-cell”-in, sonra isə “K-azax-cell”in prezidenti olub. Ən böyük maxinasiyalar bu şirkətlərdə olub. Vəziyyət  o həddə çatır ki, İsveçin dünyaca məhşur telekommunikasiya nəhəngi  “Telia  Sonera”nın Avropa və Asiya nümayəndəliyi birləşdirilərək  “Avrasiya divizyonu” yaradılır  və Veysəl Aral divizyona rəhbər təyin olunur.

Onu da qeyd edək ki, Veysel Aral “U-zbek-cell”in prezidenti olanda  Özbəkistanın prezidentinin qızı Gülnarə Kərimova ilə böyük miqdarda maxinasiyalarda iştirak edib. Ona görə də Veysel Aral  “K-azax-cell”ə rəhbər gedərkən Ali Ağanı öz yerinə “U-zbek-cell”ə prezident gətirib ki, bu maxlnasiyaların üstü açılmasın.

“Kazax-cell”dən isə  “Avrasiya divizyona”  rəhbər gedən Veysəl Aral  Ali Ağanı “Kazax-cell”ə prezident təyin etdirir. Və “Azercell”in prezidenti  vəzifəsi boşalanda isə Halim Atəşin yadına köhnə dostu moldovalı Kiril Qaburiç düşür. Və beləliklə Kiril Qaburiç “Azercell”in prezidenti  olur.

Kiril Qaburiç  Halim Atəşin yanında çox kiçik fiqur idi. Ancaq Azərbaycanda Kiril Qaburiçə  himayədarlıq edənlər tapılır.

Yuxarıda qeyd etdiyimiz kimi Musa Pənahov-Vladimir Voronin cütlüyünə yeni fiqur da əlavə olunur. Bu şəxs keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadovdur.

Məhz  bu şəbəkənin gücü hesabına Halim Atəş və Veysəl Aral vəzifəsindən uzaqlaşdırılır. Veysəl Aralın yerində hazırda İsveç vətəndaşı çalışır. “Fintur”-un rəhbəri vəzifəsi isə bizdə olan məlumata görə boşdiur.

Bütün bunları yazmaqla “Azercell” adlı mürəkkəb mənzərəyə aydınlıq gətirmək istədik. Həm də göstərmək istədik ki, 5-ci dərəcəli  fiqurların arxasında gizlənmək olmaz.

Araşdırmamızı isə növbəti yazıda cəmiyyətin nəzərinə təqdim edəcəyik.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR