“Azercell”-in prezidenti Kiril Qaburiçin  Mahmud  Rasimoğluna müraciəti

 Chiril(1)Qafqaz Xəbər Agentliyinin rəhbəri  cənab Mahmud Rasim oğlu Tağıyevə

 08 yanvar 2014-cü il tarixində “qafqaznews.az” saytında “Azercell Telekom” MMC barəsində qərəzli, böhtan və yalan səciyyəli “ “Azercell”in pərdəarxasındakı əsas fiqurları: Kiril Qaburiç, Voronin, Ali Ağan, Musa Pənahov, Rza İbadov və s.” başlıqlı yazı yerləşdirilmişdir.

Qeyd edirik ki, həmin yazıda jurnalist etikasına və qüvvədə olan qanunverciliyə uyğun olmayan şəkildə “maxinasiyalar”, “prezidenti kürsüsünə, yəni öz yerinə əyləşdirib”, “5-ci dərəcəli fiqurların arxasında gizlənmək” və bu kimi ifadələrdən istifadə olunmuş, həqiqətdə mövcud olmayan hallar qabardılaraq yalan olduğunu bilə-bilə bizə böhtan atılmış, oxucular qəsdən yanlış istiqamətləndirilmiş və bununla da “Azercell Telekom” MMC-nin işgüzar nüfuzunu ləkələyən hərəkətlərə yol verilmişdir.

Bütün bunları nəzərə alaraq “qafqaznews.az” saytında “Azercell” barəsində  yerləşdirilmiş tamamilə təxəyyül məhsulu olan yazının qərəz məqsədi ilə yazıldığını, həmin yazının jurnalist etikasına və qanunvericiliyə zidd olduğunu bəyan edirik.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq “qafqaznews.az” saytında yerləşdirdiyiniz həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlara görə “Azercell Telekom” MMC-dən rəsmi üzr istəməyinizi Sizdən tələb edirik. Nəzərinizə çatdırırq ki, gələcəkdə bu qəbildən olan yazıların yerləşdirilməsinə görə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə müvafiq hüquqi prosedurların icrası üçün müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq.

Hörmətlə, Kiril Qaburiç

“Azercell Telecom “ MMC-nin Prezidenti

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR