Vətəndaş Prezident İlham Əliyev cənablarına müraciət etdi

скачанные файлыBakı şəhəri, Xətai rayonu, Zığ yolu 7, mənzil 26-da yaşayan Hüseynov Ramil Əlövsət oğlu ölkə başçısı İlham Əliyev cənablarına və  Qafqaznews.az saytının baş redaktoru Mahmud Rasimoğluna müraciət edib. Müraciətdə deyilir:

Möhtərəm Prezident!  Başqa bir iş yerim olmadığı üçün mən böyük ailənin sahibi kimi gündəlik ruzimizi çıxartmaq məqsədilə məcbur olub 2012-ci ilin sentyabr ayında “Nurgün Motors” MMC-dən kreditlə  “Nissan Sunny”  markalı avtomobil alıb taksi şoferi kimi fəaliyyətə başladım. Nə qədər çətin olsa da bu günədək kredit borclarımı vaxtlı-vaxtında ödəmişəm.

Onu da qeyd edim ki, satıcı “Nurgün Motors”un tələbi ilə kredit müqaviləsini  “NBC  Bank” ASC ilə, fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə nüqaviləni isə “Rəvan Sığorta” ASC ilə bağlamışam. Bir daha təkrar edirəm ki, “Nurgün Motors”un tələbi ilə.

2013-cü ilin fevral ayında baş verən qəza nəticəsində avtomobilimə dəyən zərərin ödənilməsi üçün sığortaçı  “Rəvan Sığorta”  ASC-yə müraciət eləmişəm.

Müraciətdən sonra “Rəvan Sığotra” ASC-nin işçiləri dəymiş zərəri və hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etmiş, fotoşəkillər çəkmişlər. Ancaq mən onlardan qiymətləndirmə barədə sənəd tələb etsəm də mənə heç bir sənəd təqdim etmədilər. Onlar mənə dedi ki, biz rəsmi sənəd verə bilmərik, bizdə belədir, neçə ildir belə işləyirik, ildə 2 dəfə Maliyyə Nazirliyi bizi yoxlayır, elə sənəd tələb eləmir…biz işimizi belə görürük.

Möhtərəm Prezident!

“Rəvan Sığorta” ASC-nin əməkdaşları  məni adi bir kağıza qol çəkməyə  məcbur edərək 2000 manat pul verdilər. Ancaq mənim avtomobilimin  təmiri  müəyyən xərclərlə  birgə  7000 manata yaxın başa gəlib.  Mən bu xərci ailəmin zinət  əşyalarını satmaqla ödəmişəm. Bütün bu biabırçılıqlara baxmayaraq mən bu gün də bankın kreditlərini ödəyirəm. Onu da qeyd edim ki, “Nurgün Motors” da, “NBC  Bank” da, “Rəvan Sığorta” da eyni şəxsə məxsusdur.

Cənab Prezident!

Mənə qarşı olan haqsızlıqla bağlı Nərimanov rayon məhkəməsinə müraciət elədim. Ancaq  hakim Turqay Hüseynov mənim haqlı və qanuni  tələbimi deyil, “Rəvan Sığorta”nın istəyini yerinə yetirdi. Niyə? Nə məqsədlə? Yəqin ki, “NURGÜN”  şəbəkəsi hakimlərə  də öz mövqelərini diqtə edirlər.

Hazırda mənim şikayətimə Bakı Şəhər Apelyasiya Məhkəməsində hakim  Fuad Talışinskinin sədrliyi ilə baxılır.

Möhtərəm İlham Əliyev cənabları!

Xahiş edirəm mənim qanuni hüquqlarımın qorunması üçün mənə kömək edəsiniz. Bu həm də digər zərərçəkən vətəndaşlara da yardım olar. Həm də “NURGÜN”-ün sahibləri hüquqi dövlət də yaşaqdıqlarını başa düşərlər.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR