Balakən rayon məhkəməsi vətəndaşın mülkünü əlindən alır…

1279004235_BakuNights.Net_x_b42b48bcBalakən şəhəri, Nizami kucəsi, bina 4, mənzil 9 ünvanda  yaşayan   Aydın  Əliyev  və həyat  yoldaşı qafqaznews.az  saytına müraciət  edib. Müraciətdə deyilir:

23 ildir dərzilik  peşəsində calışıram. Bu müddət ərzində həyat yoldaşımla  Balakən bazarında yerləşən 30 kv.m-lik  bina-pavilyonda  işləmişik. 1991-ci ildən bugunədək həmin pavilyonun bütün kommunikasiya xərclərini odəmişik.

Lakin 2011-ci ildən başlayaraq  Balakən rayonunda əmlak məsələləri üzrə nümayəndə  Xanım Əzizova imkanlı iş adamı Rəşidin adına müxtəlif obyektləri özəlləşdirməyə başlayandan sonra, “növbə”  bizim ailənin 30 kv.m-lik  pavilyonuna  çatdı. Bu pavilyon bizim ailənin yeganə dolanışıq yeridir.

Mən şəxsi vəsaitim hesabına tikdiyim 30 kv.m-lik qeyri-yaşayış sahəsi olan pavilyona mülkiyyət hüququmun tanınması tələbilə  Balakən Məişət  ASC-yə qarşı rayon məhkəməsinə  müraciət etdim.

İşə baxan Balakən rayon məhkəməsi 04 oktyabr 2013 -cü il tarixli Qətnaməsi ilə iddiami təmin etmədi.

Balakən rayon məhkəməsinin  04 oktyabr 2013-cü il tarixli Qətnaməsi maddi və prossesual huquqi  normaların pozuntusu  ilə cıxarılmışdır .

İlk növbədə onu qeyd etməliyəm ki, mənim iddiamla bağlı məhkəmənin 04 oktyabr  2013- cü il tarixdə çıxardığı qətnamə  35 gun sonra, yəni  8 noyabr 2013 -cu il tarixdə  mənə verilmişdir. Cavabhed tərəfə isə qətnamə vaxtında verilib. Məhkəmənin məqsədi mənim appellasiya şikayətini verməyimin qarşısını almaq olub.

Digər tərəfdən Balakən rayon məhkəməsi qətnamə cixararkən işdə olan sənədlərə huquqi qiymət verə bilməmişdir.

Belə ki cavabdeh tərəf  aciq şəkildə məhkəməyə bildirir ki, mubahisə edilən pavilyon  1983-cü ildə guya bazar icərisində tikilmişdir . Hansıki həmin  Mərkəzi bazar 1984-cü ildə tikilməyə başlamış və 1985-ci ildə isdifadəyə vermilmşdir . Balakən rayon Mərkəzi bazarın rəhbərliyi  tərəfindən məhkəməyə təqdim edilmiş arayişda qeyd olunur ki, S.Gözəlov küçəsində yerləşən bazar 1985-ci ildə isdifadəyə verilmiş və bu zaman bazarın daxilində hec bir kənar tikili, eyni zamanda əhaliyə məişət xidməti istehsalat idarəsinə, indiki Balakən Məişət ASC-yə məxsus hər hansi obyekt olmamışdir.

1985 -ci ildə Məişət xidməti istehsalat idarəsində şagird qismində işə qəbul edilən Şindiyev Aydın Məhamarasul oglu şahid qismində məhkəmədə  ifadə verərək  bildirmişdi ki  rayonun baş memarının  göstərdiyi yerdə bazarın icərisində oz vəsaiti hesabına  30 kv.m ölçüdə mübahisə edilən binanı-pavilyonu  çaylaq daşından özümə şəkil cəkən sex kimi tikdirmişəm. Sonradan ailə vəziyyətimlə  bağlı  həmin binanı  Əliyeva İlhamə Rəşid qizina və onun əri Əlyev  Aydin Mahmud ogluna  5000  rubla satmışam . Balakən rayon Dovlət arxivinin  21.11.2012 -ci il tarixli 25 sayli arayışında qeyd olunur ki Balakən rayon XDS icraiyyə komitəsinin 1986 -1990 -ci illərə dair protokol kitablarında  kolxoz bazarı  ərazisində Əhaliyə Məişət  Xidməti idarəsinə hər hansı bir 30 kv.m-lik  obyektin tikintisi üçün torpaq sahəsi ayrılması haqqında qeydin olmadığı göstərilir. Eyni zamanda dovlət arxivinin 08 fevral 2013-cü il tarixli 31 saylı  arayışında da  qeyd  olunur ki, Balakən rayon XDS icraiyyə komitəsinin  1986 -1991-ci illərə aid  protokol kitablarında icra  hakimyyətinin 1992-1997-ci illərə dair sərancam kitablarinda  Əhaliyə Məişət Xidməti İdarəsinin  (Balakən Məişət ASC ) dərzi sexinin tikilməsi üçün torpaq sahəsinin ayrılması və həmin binanın  tikilməsinə dair smeta layhə baradə heç bir qeydiyyat olmamışdır

Bu o deməkdir ki bazarın içərisində Məişət  Xidməti istehsalat  idarəsinə bina tikmək  üçün  Balakən XDS tərəfindən torpaq sahəsi ayrılmamış və bina da tikilməyib .Bu halda  ƏMXİ idarəsinin balansında mubahisə edilən obyektin  olmadığı müyəyyən edilir.

ƏMXİ idarəsinin balansina  dair komissiya tərəfindən  tərtib edilmiş bina  və tikililərin dəyərinin qiymətləndirliməsi  üzrə 1997-ci il 01 iyul tarixli aktda mənim istifadəmdə olan bina  qeyd olunmayıb. Sadəcə olaraq komissiya heç nəyi araşdırmadan həmin aktda qeyd olunan 14 nomrəli sayda yerləşən  inşa tarixi  1983 -cü il olan pavilyonun qarşısında ərim Əliyev Aydin Mahmud oglunun adını qeyd ediblər. Bununla da cavabdeh tərəf təsdiq etməyə çalışır ki, həmin paviliyon bazarın icərisində  yerləşir. Aktda qeyd olunan 1983-cü ildə inşa edilən paviliyon mənə məxsus deyil .01 iyul 1997-ci il tarixli aktda qeyd olunan binalar ozəlləşdirmədə iştirak edib. Mənim isdifadəmdə olan bazarın icərisində yerləşən 30 kv.m-lik  dərzi sexi ASE -yə aid olmadıgı üçün akta salınmayıb və özəlləşmədə iştirak etməyib.1999-cu il 17 iyun tarixdə axşam saat 20.30 radələrində isdifadəmizdə olan dərzi sexində yanğin baş vermişdir .İşdə olan Balakən rayon dövlət yanğin təhlukəsizıiyi xidmətinin 10 mart  2006 ci il tarixli 1-3 430 sayli arayışında qeyd edilir ki yanğın zamani dərzi sexinin binasi daxilindəki avadanlıqıar əşyalar tamamilə yanaraq yararsız vəziyyətə  düşmüş və yanğın nəticəsində 890 000 manat köhnə manatla  ziyan dəymişdir. Yanğın zamanı binada ƏMXİ idarəsinin 2 ədəd tikiş maşını olmuşdur  ki, həmin tikiş maşınlarının dəyəri 210 000 manat olmuşdur ki, biz də bu müəssisəyə dəyan  210 000 manatı  24 aprel  2000 -ci il tarixli 29 sayli kassa  mədaxili qəbzinə asasən muəssisənin  xəzinəsinə odəmişik  .680 000 manat ziyan  ( ozumuzə məxsus parça geyim əşyaları və s.)  özümüzə  dəymişdir  .İsdifadə  etdiyimiz bina  özümüzə  məxsus olduğu ücün müəssisə tərəfindən bizə qarşı heç bir iddia və tələb irəli sürülməmişdir . Məhkəməyə təqdim etdiyim və işdən cıxarıldığım  2011- ci ilin fevralınadək  Balakən ASC nin rəhbarliyi ilə hər il 2007, 2008 və  2009-cu illər üzrə bağladığım əmək müqaviləsinin mülkiyyət munasibət lərinin tənzimlənməsi uzrə 7.4 cu hissəsində  işci əmək funksiyasinin  icra zamanı ozümün  aşağıdakı  səxsi əmlakimdan  isdifadə edir  qeydində işlədiyim binanın tikiş maşınının  biçim  stolunun  mənim  şəxsi  əmlakım olduğunu  müəsisənin  rəhbəri özü qeyd  etmiş  və oz də muqaviləni  imza edib möhürü ilə təsdiq etmişdir .Amma Balakən  rayon məhkəməsi həmin muqavilələrdə müəssisə  tərəfindən qeyd olunan hala hüquqi  qiymət verməmiş həm də bu sənədlərin,  muqavilələrin adı qətnamədə cəkilməmişdir .Həmin əmək müqavilələrində müəssisə tərəfindən qeyd olunan hal özi təsdiq edir  ki həmin bina, isdifadə etdiyim tikiş maşını və  orda olan bütün əmlak da  mənim əmlakımdır Yanmış binanın daş  divarları da yararsız olduğu üçün bina üçün yeni özül qazaraq  mişar daşından binani yenidən tikdik .Məhkəmənin qətnaməsində bu haqda hec bir qeyd  yoxdur, qətnamədə  qeyd olunur ki guya  biz yalniz binanın  şiferini bərpa etmişik .Binanı yenidən  tikən usta və fəhlələr hal- hazirdada yaşayırlar, biz onları şahid qismində  məhkəməyə qətirmişdik. Məhkəmə onları dindirməkdən imtina etdi, bəhanəsi də o oldu ki, guya cavabdeh tərəf bildirir ki ,binanı iddiaçi tikib .Amma bu haqda  da  qətnamə  cavabdeh tərəfin fikri qeyd olunmayıb .Yuxarda qeyd olunan bu hal da təsdiq edir ki məhkəmə  tərəfindən qətnamə qərəzli cıxarılmışdır. 1991- ci ildən həmin binada işləmişəm.1999- cu ildən bina tam yandıqdan sonra mubahisə edilən binanı tam kökündən ərimlə mən tikmişəm .Azərbaycan Respublikası mülki məcəlləsinin 203.1 maddəsində qeyd olunur ki ,daşınmaz əmlakin dovlət reyistirində qeydiyat yazısı ləgv edildikdə  belə daşinmaz əmlak tamamilə məhv  olduqda daşınmaz əmlaka mülkiyyət  huququ itirilir, mübahisə edilən bina  hec vaxt  Balakən ƏMXİ idarəsinin onun əvəzində yaranan Balakən məişət ASC-nin mülkiyyəti olmamişdir .1999- cu ildən həmin obyekt  tam yanıb məhv olduğu ücün ASC-nin həmin bina uzərində mülkiyyət hüququ  olubsa belə 1999 cu ilə tam yandiğı  gunədək MM qeyd  olunan qaydasina gorə ASC-nin həmin bina üzərində  mülkiyyət hüququnu itirmişdir  . BU gün  isdifadadə olan tikdiyim  binanın bina yanandan sonra  ASC tərəfindən tikilməsinə dair cavabdeh tərəfin heç bir sənədi yoxdur.Və  məhkəməyə də  təqdim edə bilmir .

Mən işdən cıxarıldıqdan sonra Balakən  ASC-nin mübahisə edilən obyektdə DƏDRX  Zaqatala ərazi idarəsi tərəfindən  13 iyul 2011- ci tarixdə MA seryalı 0230224 sayli cixarış  götürülmüşdür. Həmin cıxarışda qeyd olunan gösdəricilər  də  həqiqəti əks etdirmir .Cixarişda qeyd olunan torpaq sahəsi mülkiyyət növü kimi dövlət qeyd edilmişdir .Halbuki həmin torpağın dövlətin olmasını sübut edən heç bir sənəd  yoxdur. Çıxarışda qeyd  olunan  torpaq sahəsi  Balakən səhər balədiyyəsinə məxsus  ərazidə  yerləşir  və onun mülkiyyətidir Həmin binanı illər boyu öz vəsaitim  hesabına  təmir etdirmişəm vəe qoruyub saxlamışam .Mövcud qanunvericiliyə əsasən Balakən rayon məhkəməsinin 04 oktyabr 2013- cu il tarixli qətnaməsini ləğv  edib 1999- cu ildə şəxsi vasaitim hesabına tikdiyim 30 kv.m olan qeyri-yaşayış binasına  mülkiyyət hüququmun  tanınması haqqında qətnamə  çıxarmağı  Şəki Apellasiya Məhkəməsinin Mülki Kollegiyasından xahiş edirəm .

 

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR