Ucar sakini “AtaBank”la bağlı yenidən müraciət etdi-ŞİKAYƏT(FOTO)

скачанные файлыBir müddət əvvəl  Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az)  Ucar rayonu, Sadıq Qarayev küşəsi, ev 25  ünvanda yaşayan Məmmədov Cavid  Sadıq oğlunun müraciətini dərc etmişdi.

Qısa xatırlatma  üçün bildirək ki, Ucar sakini  “AtaBank” ASC-nin Göyçay filialının müdiri Seymur  Mehdiyevdən şikayət edirdi. O, bildirirdi ki, “AtaBank” ASC-nin Göyçay filialının müdiri Seymur müəllim mənim ailəmin sosial müavinət kartlarını kredit borcuna görə götürüb: “Bununla o ailəmi aclıq içində yaşamağa məhkum edib. Nəticədə 3 azyaşlı uşağımda zəiflikdən xəstəlik əmələ gəlib”.

Əlbəttə, vətəndaş  bankdan aldığı kreditə görə, üzərinə müəyyən öhdəliklər götürür və həmin öhdəlikləri yetirməlidir. Ancaq bu o demək deyil ki, əks təqdirdə bankın rəhbərliyi borc sahibini və onun azyaşlı  övladlarını aclıq həddinə çatdırmalıdır.

Təəssüf ki, şikayətçinin  problemi müvafiq orqanlar tərəfindən aradan qaldırılmadığı üçün  o yenidən  agentliyimizə  üz tutub.

Müraciəti  olduğu kimi dərc edirik:

“Hörmətli Qafqaznews.az saytı. Xahiş edirəm şikayət  məktubumu dərc edəsiniz.1426147232_ucar

Ötən  müraciətimdə  “AtaBank” ASC-nin Göyçay rayon filialının kredit şöbəsinin müdiri Seymur Mehdiyevin qanunsuz olaraq ailəmin sosial kartlarını girov saxlayıb hər ay bankomatdan bütün pullarımızı borcun yerinə götürüb azyaşlı uşaqlarımı acından ölməyə məhkum etməsi barədə şikayət etmişdim.Bununla əlaqədar şikayət ərizəmin araşdırılması Göyçay rayon prokurorluğuna həvalə edildi. Məni prokurorluğa dəvət edib izahatımı aldılar.Göyçay rayon Prokurorluğu isə öz maddi maraqlarına görə cinayət əməli törətmiş şəxsin əməlinin üstünü ört-bastır edir. Beləki mənim şikayət ərizəm əsasında “AtaBank” ASC-nin Göyçay filialının kredit şöbəsinin müdiri Seymur Mehdiyevin qanunsuz əməlini araşdırıb qanunda nəzərdə tutulmuş tədbirlər görmək əvəzinə mənə məhkəməyə müraciət etməyim barədə hüquqlarımı izah etməklə başdansovdu cavab məktubu göndərilib. Hansıki  “AtaBank”  ASC-nin kredit şöbəsinin müdiri Seymur Mehdiyevin əməli cinayət tərkiblidir. Buna görə Göyçay rayon prokurorluğu aparılan araşdırmada izahatımda göstərdiyim şahidləri dindirmədi, bankomatdan  çıxarışları  sorğu edib  almadı  ki, bu özü saxtakarlıqdır. Qeyd edim ki, “AtaBank”  ASC ilə 08.11.2012-ci il tarixdə bağladığım müqaviləyə əsasən kredit götürmüşdüm. Buna görə həmin bankın kredit şöbəsinin müdiri Seymur Mehdiyev mənim ailəmə məxsus sosial kartımı alıb özündə saxlamaqla kredit borcunun əvəzinə hər ay bankomatdan pul çıxarırdı. Mən sonradan bilmişəm ki, sosial kartın bank əməkdaşı tərəfindən saxlanılıb çıxarışlar edilməsi qanunsuzluqdur. Buna görə  ilk növbədə mətbuat vasitəsi ilə orqanlara müraciət etdim və şikayət ərizələri göndərdim. Elə həmin vaxt Seymur Mehdiyev mənim sosial kartlarımı tez-tələsik Ucar rayon sakini İbrahimov İntiqam Nazir oğluna göndərib ki, tez mənə çatdırsın. Bütün aidiyyatı orqanlara yazdığım şikayət ərizələrim araşdırılması üçün Göyçay rayon prokurorluğuna həvalə edildiyindən Elviz adlı müstəntiq izahatımı aldı. Ancaq izahatımda adını göstərdiyim şahidlər qanunda nəzərdə tutulmuş qaydada dindirilmədi, bankomatdan sosial kartlarımdan həmin vaxta qədər pulun kim tərəfindən çıxarılması qanunu qaydada yoxlanılmadı. Göyçay rayon prokurorluğu maddi maraqlarına görə  Seymur Mehdiyevin cinayət əməlini ört-basdır etdi. Hansıki  prokurorluq apardığı araşdırmaya görə hər-hansı bir qərar qəbul etməli idi. Bütün bunlar onu deməyə əsas verir ki, Göyçay rayon prokurorluğu Seymur Mehdiyevin verdiyi pulu dövlət qanunlarından üstün tutub cinayət əməlini  ört-basdır etdi.

Mən artıq bu qanunsuzluq barədə Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova şikayət ərizəsi ilə müraciət etmişəm. İstəyirəm ki, bu cinayət faktını Milli Təhlükəsizlik Nazirliyi araşdırsın. Buna görə də mətbuat vasitəsi ilə Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudovdan xahiş edirəm ki, mənim müraciətim  tam, hərtərəfli  və obyektiv araşdırılsın”.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

Изображение0001 (1) (1)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR