Smartfonun kəşf olunacağı 70 il əvvəl bu filmdə deyilib – (Video)

img1635889Fransa arxivlərində 1947-ci ildə çəkilmiş qeyri-adi bir sənədli film tapıblar.
Filmin qeyri-adiliyi ondadır ki, orada bu gün artıq reallığa, adi məsələyə çevrilmiş smartfonların, planşetlərin, GPS-lərin kəşf ediləcəyi barədə 70 il əvvəldən proqnoz verilir. Bu, o dövr idi ki, televizorun özü yenicə kəşf edilmişdi.
Filmdə deyilir ki, vaxt gələcək, insanların qəzet almasına ehtiyac qalmayacaq, çünki onlar xəbərləri cibə yerləşən balaca bir qurğuda oxuya biləcəklər.
Filmdə nəqliyyatda Wi-Fi, 3D filmlər, internetlə fahişə sifarişi və sairin də proqnozu verilir.
Bu film 60 il arxiv rəflərində yatıb və bu günlərdə təsadüfən tapılıb. Heç onu kimin çəkdiyi də bilinmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR