Sərhədi keçməyə cəhd edən 7 qaçaq donaraq öldü

img1812927İrandan Türkiyəyə qaçaq yollardan keçməyə cəhd edən 33 xarici vətəndaşdan 7-si donaraq ölüb.

Musavat.com-un məlumatına görə, hadisə Van vilayətinin Hangedik qəsəbəsi yaxınlığında baş verib. Ölənlərin kimliyi və milliyyəti haqqında məlumat verilməyib. Ölənlərdən altısının uşaq, birinin isə qadın olduğu bildirilib.

Sağ qalan qaçqınlara türk əsgərləri kömək edib. Onlar xəstəxanaya çatdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR