Baktel şirkətinin sahibi ölkədən qaçıb?

6 copySon vaxtlar bəzi oliqarxların başının üstündə  qara  buludlar dolaşmaqdadır. Hətta bəzi biznesmenlər  dələduzluq və  ictimai əmlakı mənimsəmək səbəbi ilə həbs  olunublar. Baş verənlərdən təşvişə düşən bəzi sahibkarlar çıxış yolunu hansısa ölkəyə qaçmaqda görürlər. Amma onlar unudurlar ki, Azərbaycan qanunlarının əli istənilən məsafəyə çatır. Yəni həmin qaçaq-biznesmenlər  gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

Qafqaz Xəbər Agentliyinə daxil olan məlumata görə, Mobitel şirkətində aparılan vergi yoxlamaları  elə qanunsuzluqları  ortaya qoyub ki, şirkətin  anbarları  möhürlənməli olub. Vəziyyətin təhlükəli olduğunu başa düşən şirkətin sahibi  Araz Mehdiyev ölkəni tərk edib. Və ölkədən getməzdən öncə sahibi olduğu bir neçə şirkəti  satmağa cəhd eləsə də bu mümkün olmayıb. Ancaq  Araz  Mehdiyevin durumu ilə bağlı məlumatlı olan şəxslər şirkətləri almağa  risq  etməyiblər.

Mənbənin bildirdiyinə görə, hazırda Araz Mehdiyev Dubayda gizlənib.

Məlumat  üçün  bildirək ki, Araz Mehdiyev Baktel şirkətinin sahiblərindən biridir. Baktel-in digər  sahibi  Rasim Əsədovdur. Baktel şirkəti Azercell tərəfindən yaradılan alt distribüterlərin  (əslində qeyri-qanuni monopolist qurum ) əsas üzvlərindən biridir. Məlumat üçün qeyd edək ki, Azercell tərəfindən yaradılan qeyri-qanuni qurumun üzvləri arasında bölünən kvotanın çox hissəsi  Baktell-in payına  düşür.

Redaksiyamıza daxil olan digər məlumatda qeyd olunur ki, Rasim Əsədov “Avenue” paltar dükanları şəbəkəsinin sahibidir, hətta bir neçə ay öncə şirkətin bir hissəsinə Nizami Piriyev sahib olub.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR