“Azİmport” şirkəti sahibinin yaxın qohumları da saxlandı

94104_res_01“Azİmport” şirkətinin sahiblərindən biri olan Azər Əsgərovun yaxın qohumları və şirkətin mühasibi Niyaz Orucov saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, şirkətin bütün əmlakı və mülkiyyəti məhz bu adamların adına sənədləşdirilibmiş.

Qeyd edək ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları dünən “Azİmport” şirkətinin rəhbərləri Rəşad Məmmədovu və Azər Əsgərovu saxlamışdılar. Şirkətin faktiki sahibi olan R.Məmmədov hələ də “bandotdel”in təcridxanasındadır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR