Keçmiş rəis MTN-ə aparıldı

90734Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov-Martirosov hazırda MTN-in istintaq təcridxanasında saxlanılır.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

Qeyd edək ki, R.Məmmədov-Martirosovun hansı maddələrlə ittiham olunduğu bəlli deyil.

Bununla yanaşı mənbələrin verdiyi məlumata görə, şirkət sahibinin özünün və qohumu Azər Əsgərovun yaxınları hələ də istintaq və həbs altındadır.

Xatırladaq ki, Rəşad Rəfael oğlu Məmmədov bir neçə gün öncə dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edib.
Rəşad Məmmədov bu vəzifəyə 2011-ci ilin aprel ayında təyin edilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR