“Azərbaycanın Paolo Pərvizi” Pərviz Məmmədov

timthumbDövlət Enerji Nəzarət İdarəsi rəisinin metal emalı zavodu 

Məlumdur ki, bir müddət əvvəl ölkə başçısı Energetika və Sənaye Nazirliyinin ləğv olunması və yeni Energetika Nazirliyinin yaradılması barədə sərəncam imzalayıb. Hazırda yeni nazirliyin yaradılması prosesi başa çatmaq üzrədir. Ötən saylarımızda nazirliyin Dövlət Enerji Nəzarət İdarəsinin rəisi Pərviz Məmmədovun bəzi əməlləri barədə məlumat vermişdik. Qısa xatırlatma üçün bildirək ki, ayda 600-700 manat əmək haqqı alan Pərviz Məmmədov Qəbələ rayonunda dəyəri milyonlarla ölçülən villalar inşa etdrib. Özü də hər övladı üçün ayrıca. Pərviz Məmmədov Xətai rayonu M.Hadi küçəsində Xətai DY Polisinin binası ilə üzbəüz yerləşən yeni göydələn binanın 3-cü blokunda hər ailə üzvü üçün sahəsi 200 kv.m olmaqla 600 kv.m sahəsi olan mənzil alıb.Pərviz Məmmədovun hər bir ailə üzvü dəyəri 100 min olan xarici “avto”larda gəzirlər. Seriyaları da maraqlıdır: HONDA AA-905, BMV X5-905, BMV X6-905-də, Toyota Pajero -905, Toyota Prado-905…. Əlbəttə hər bir Azərbaycan vətəndaşının varlı, zəngin olması hər birimizin arzusudur. Ancaq söhbət hansısa biznesmendən, iş adamından getmir. Pərviz Məmmədov nazirliyin idarə rəisidir, konkret olaraq 600-700 manat civarında əmək haqqı alır və onun bizneslə məşğul olması qanunla qadağandır. Belə olan halda dövlət məmurunun bu qədər var-dövlətə sahib olması istər-istəməz sual doğurur. Bu qədər gəlirin mənbəyi nədir? Görəsən Pərviz Məmmədov öz gəlirləri ilə bağlı təqdim elədiyi deklarasiyada nə göstərir? Ola bilər Pərviz müəllim düşünür ki, biz onun pullarını saymaqla məşğuluq. Əsla, bizim belə məqsədimiz yoxdur. Sadəcə, biz istəyrik ki, ölkədə hər şey şəffaf olsun. Məmurlar ya dövlət vəzifəsi tutsunlar, ya da vəzifədən uzaqlaşıb öz biznesləri ilə məşğul olsunlar. Axı, 2 stulda oturmaq olmaz. Həm də nəzərə almaq lazımdır ki, Pərviz müəllim nazirlikdə korrupsiyaya qarşı mübarzə komissiyasının üzvüdür. Belə mübarizə olmaz axı. Korrupsiyaya bulaşan şəxs korrupsiyaya qarşı necə mübarizə apara bilər? Qafqaznews.az-a daxil olan yeni məlumata görə Pərviz Məmmədov dövlət məmuru olmaqla yanaşı metal biznesi ilə də məşğul olur. Hətta dostları ona zarafatla “Azərbaycanın Paolo Pərvizi” deyirlər. Onun Dərnəgüldə yerləşən metal emalı zavodunda qızının əri satış şöbəsinin müdiridir. Pərviz Məmmədovun digər biznes məşğuliyyəti barədə araşdırmamız davam edir.
Hörmətli Pərviz müəllim! Azərbaycan qanunlarına hörmətlə yanaşın və 2 stuldan birini seçin. Ya biznes, ya da məmuriyyət.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR