Aydın Bəşirovun cinayət əməlləri…

Aydin-Besirov1111125 il  XDGİ-də fəhlə işləyən şəxsin adına yazılan 257974 manatı kim mənimsəyib?

 Qafqaz Xəbər Agentliyinin ( qafqaznews.az )  elektron poçtuna daxil olan bir məktubu araşdırmaq qərarına gəldik.  Öncə onu bildirək ki, məktubun müəllifi  25 il, yəni 1976-cı ildən 2001-ci ilədək  Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gövdə-qaynaq sexində fəhlə işləyən  Tofiq Məhərrəmovdur.  Məktub müəllifi ilə telefon əlaqəsi saxlayaraq bəzi məsələlərə aydınlıq gətirməyə çalışdıq. Tofiq Məhərrəmov bildirdi ki, idarənin rəisi Aydın Bəşirovun qanunsuz əməllərinə etiraz olaraq həmişə səsimi qaldırmışam. Bu isə onun xoşuna gəlmirdi. Ona görə də mən məzuniyyətdə ola-ola məni ixtisara saldı. Hansı ki, mən məzuniyyətdə olduğum üçün buna qanun yol vermirdi. Əslində atesstasiya öncəsi  fəhlələrə kurs təşkil olunur və suallar müəyyən edilir. Mən məziuniyyətdə olmağıma baxmayaraq attestasiyada iştirak elədim və nəticə barədə bir-birinə zidd olan  3 protokol tərtib elədilər. Hətta bəzi komissiya üzvləri protokola imza atmaqdan imtina ediblər. Hər 3 protokol hazırda əlimdədir. Bütün bunlar azmış kimi məni işdən çıxardandan sonra mənim adıma böyük məbləğdə – 257974 manat pul yazaraq bir ustaya qol çəkdirib mənimsəyiblər. Və bir neçə ay sonra həmin ustanı da işdən çıxardıblar.

Tofiq Məhərrəmov onu da bildirdi ki, Aydın Bəşirovun səlahiyyətlərini əlindən alsalar da  onun cinayətləri  ortada qalır. Mən öz haqqımı tələb edirəm. Həm də maraqlıdır ki, nə üçün mühasibatlıq sənədlərini tez-tez yandırırlar? Mən müvafiq dövlət qurumlarına, ölkə başçısına müraciət edirəm ki, mənim hüquqlarım bərpa olunsun və idarədə baş vermiş cinayət əməlləri araşdırılsın.

Biz  xəbər agentliyi olaraq Tofiq Məhərrəmovun müraciətini olduğu kimi dərc edirik. Qoy, dövlət qurumları vətəndaşın problemlərini araşdırsın.

Azərbaycan  Respublikasının Prezidenti

İlham  Əliyev  cənablarına,

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi  QSC-nin  sədri

cənab Rauf  Vəliyevə

Bakı şəhəri , H. Cavid pr-ti , 577 – ci məhəllə , ev 87 , mənzil 325  ünvanda yaşayan, Məhərrəmov Tofiq  Xanlar oğlu   tərəfindən

“ Cinayət Məcəlləsi 179 . Mənimsəmə və ya İsrafetmə “ barədə  və  “ Cinayət  Məcəlləsi 313 maddə . Vəzifə Saxtakarlığı barədə “

                                                                Ə  R  İ  Z  Ə

Hörmətli  Rauf müəllim !

Sizin birinci müavininiz hörmətli Muxtar Axundov cənablarının  imzası ilə göndərilmiş “  04 “ 07. 2014 il tarixli , № 02/ MM06 –  822 MA saylı cavab məktubunu 20 iyul 2014 – cü ildə aldım . Cavab məktubunda qeyd  etdiyim (3) üç variantdan ibarət  saxtakarlıqla hazırlanmış protokollar barəsində qaldırdığım məsələyə toxunulmayır heç dilə gətirilməyir ?

Xüsusi Qeyd ; Bir daha diqqətinizə çatdırıb  bildirirəm ki , Ayrı – ayrı vaxtlarda mənə ( 3 ) üç variantdan ibarət  protokollar veriblər , mənə verilmiş bu üç variantdan ibarət hazırlanmış protokollardan hansının doğru – hansının saxtakarlıqla hazırlandığını bildirməyinizi  xahiş edirəm .

İkincisi ; Cavab məktubunuzda  Mənimsəmə və israfetmə məsələsinədə toxunulmayıb sanki  ərizəmdə qeyd olunmayıb.

Diqqətinizə bir daha çatdırıram ki , işlədiyim dövrdə işlədiyim 9 gün adqul pulunu ( o dövrün  75  manatını ) mənimsəmişdilər .

Üçüncü ;  Vedemos – da olan son aylıq əmək haqqımın qabağında qol çəkib mənə məxsus olan pulumun qabağında qol çəkib mənimsəyiblər. Zavod direktorunun rəsmi bildirdiyi  həmin ayın 556 və 584 saylı ödəniş cədvəllərinə  əsasən müvafiq olaraq  257974 manat  və  218472  manat pulun kimin alması və həmin pulun qabağında kimin qol  çəkib mənimsəməsini  araşdırıb prokurorluğa  bildirməyinizi  xahiş edirəm.

İnanıram ki , Sizdə Ulu Öndərimizin davamçısı kimi , Ulu öndərimizin  ədalət  yolunu davam etdirərək bu işə ədalətli baxıb  və pulumu mənimsəyənləri  Prokurora  bildirəcəksiniz .

Mənim Vedomost da olan sonuncu aylıq əmək  haqqım olan pulum   və işlədiyim  9 gün Adqul pulum da mənimsənilmişdir . Və

Məni Atestasiya adı ilə qərəzli olaraq nəyin bahasına olursa – olsun işimdən azad etdirərək , 3 ( üç ) variantdan ibarət saxtakarlıqla PROTOKOLLAR tərtib etmişdilər .

Amma bunun araşdırılmasına  Xəzər Dəniz Gəmiçiliyinin Rəisi  Aydın  Bəşirov şəxsən  özü  imkan vermirdi. İndi həmin işin araşdırılmasına şərait  yaradılıb .

3( Üç ) variantdan ibarət saxtakarlıqla  hazırlanmış Protokollar  əsas  verir ki , Prokurorluq  Orqanları Cinayət Məcəlləsinin 313 maddəsi ilə “ Vəzifə Saxtakarlığı “  və Cinayət Məcəlləsinin 179 – cu maddəsi  ilə Mənimsəmə və ya İsrafetmə  işi  üzrə  cinayət  işi  qaldırılsın.

Cinayət Prosessual  Məcəllənin 207 – ci  maddəsi  əsasında  cinayət  işinin  başlanması  barədə Q Ə R A R – ın verilməsini  Prokurorluq  Orqanlarının diqqətlərinə çatdırılmasına  göstəriş  verməyinizi  və köməklk  göstərməyinizi  və bu məsələni öz  nəzarətinizdə  saxlamağınızı  Sizdən  artıq  dərəcədə  xahiş  edirəm . Ümüdüm yalnız  Sizə qalıb.

Məhərrəmov Tofiq  Xanlar oğlu

21 iyul  2014 – cü il

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

 

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR