Elnur Aslanovun yaxın dostu Rövnəq Abdullayevin qohumudur

1393427833_elnur_aslanov_111013Rüstəm Əliyev  general Rəşad Əliyevin böyük qardaşıdır

“Elnur Aslanovun  yaxın  “silahdaş”ları”  başlıqlı ötən yazımızda  Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanova yaxın olan böyük bir şəbəkənin əsas üzvləri barədə bəhs etmişdik. Qısa xatırlatma üçün bildirək ki, bu şəbəkənin üzvləri arasında  “NOVCO”-nun rəhbəri Fərid Novruzi, qardaşı Elsel Novruzi ( Gömrük Komitəsinin sədri Aydın Əliyevin kürəkəni ), Qalareya mağazalarının və “Park Bulvar”da yerləşən HAPPYLAND uşaq əyləncə mərkəzinin sahibi Təyar Akubayev, AFFA-da məsul vəzifədə çalışan Elxan Əsədov,   “SPEKTR” turizm şirkətinin və “KOFE shop”-un sahibi Göydəniz Qəhrəmanov, Azərbaycan Gənclər Fondunda məsul vəzifədə çalışan Faiq Qürbətov,  LikOyl-da yüksək vəzifə daşıyan Həsən Muradov və digər çox böyük maliyyə imkanlarına malik şəxslər var.

Bu gün Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) Elnur Aslanovun yaxın dostlarından biri olan  Rüstəm Əliyev barədə məlumat daxil olub. İlk öncə onu bildirək ki, Rüstəm Əliyev  ölkəmizin QHT sektorunda “ağır çəkili”  fiqurlardan biri hesab olunur. Mənbə bildirir ki, Rüstəm Əliyev  böyük layihələrini Elnur Aslanovun himayədarlığı ilə həyata keçirib.

Mənbə onu da bildirir ki, Rüstəm Əliyev SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin böyük qardaşı, Milli Məclisin üzvü Sədaqət Əliyevanın bacısı oğludur.

Məlumdur ki, Tİ-nin rəisi general Rəşad Əliyev  ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin  anasının əmisi oğludur  və əslən Şərur rayonundandır. Cənab Rövnəq Abdullayevin adı isə son vaxtlar nurçulara ən yaxın məmur kimi hallanır. Deməli dairəni burada qapamaq olar. Elnur Aslanov,  ARDNŞ  prezidentinin anasının əmisi uşaqları Rüstəm Əliyev, Rəşad Əliyev, yenə… Rövnəq Abdullayev və digərləri….

Deməli, atalar demişkən, od olmasa tüstü çıxmaz…

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR