“Kafqaznews” qəzetinin bizə heç bir aidiyyəti yoxdur
Son günlər müxtəlif şəxslər redaksiyamıza təkrar-təkrar zəng edərək “Kafqaznews” adlı qəzetin qara siyahıya salınması, “reket” elan olunması ilə bağlı bizə suallar verirlər.
Qafqaz Xəbər Agentliyi olaraq bəyan edirik ki, “Kafqaznews” qəzetinin bizim agentliyə heç bir aidiyyəti yoxdur.
Bizim agentliyin qafqaznews.az ( azərbaycan dilində), qafqaznews.org ( rus dilində) saytları və “ Qafqaz region news” qəzeti fəaliyyət göstərir.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)