Azercell şirkəti cibimizə necə girir: ŞOK MAXİNASİYALAR

Azercell_logo_0308101-300x224Azercell Telekom MMC ən çox bazar payı və 4 milyondan çox abunəçi sayı ilə Azerbaycanın lider mobil operatordur. Azercell 1996-ci ilin yanvarında təsis edilmiş və həmin ilin dekabırın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. Hazırda Azercell ölkə əhalisinin 99,8%, ölkə ərazisinin isə 80%-ni (20% işğal olunmuş əraziləri çıxmaq şərti ilə) əhatə edir. İndi isə keçək mətləbə.  “Azercell” şirkəti müxtəlif  üsullarla abonentlərindən külli miqdarda pul mənimsəyir. Qafqaz Xəbər Agentliyi bildirir ki, şirkət müxtəlif  tarif  və kompaniyalara qoşulmaq üçün tələb olunan nömrələrə sms göndərməyi abonentlərinə reklam edir. Telefona gələn mesajda xidmət haqqı kimi 5 qəpik göstərilir. Ancaq kompaniyaya qoşulmaq üçün mesaj göndərdikdə isə balansdan 1manat və ya daha çox (kompaniyadan asılı olaraq)  pul çıxır. Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxinasiyaları var. Mən də bir istifadəçi kimi bu fırıldaqlardan birinə şahid oldum. Azercell şirkəti istifadəçilərinə təqdim etdiyi internet paketləri olan 30MB-1AZN, 100MB-2AZN, və daha çox olan bu xidməti aktivləşdirmək üçün istifadəçilər  30 yazıb 2525 nömrəsinə göndərirlər və internet paketindən istifadə edirlər . Yalnız, bu paket sona çatdıqdan sonra istifadəçinin xəbəri olmadan istəyindən asılı olmayaraq  bu yenidən aktivləşir və balansdan 1 AZN (və daha çox) məbləğində pul çıxılır. Nəzərinizə çatdırım ki, paket bitdikdən sonra yenidən avtomatik aktiv olma haqqında istifadəçilərə bildirilmir, deməli istifadəçilər bir dəfə bu xidmətdən istifadə edib bitdikdən sonra bu xidməti sonlandırmasa,  istəmədən balansdan 1AZN (və daha çox) məbləğində pul cıxacaq. Qısa riyazi hesablama aparsaq  hər istifadəçi  bir ay ərzində bu xidmətdən bir dəfə istifadə edib paket bitdikdən sonra sonlandırmasalar,  4 milyondan çox istifadəçisi olan Azercell şirkəti üçün 4 milyon manat (və daha çox) pul  mənimsənilir.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR