Haqqında yazdığımız Nurəddin İbrahimov “dost”umuz oldu-VİDEO,FOTO

Screenshot_2015-05-17-20-06-07Bir neçə gün əvvəl Qafqaz Xəbər Agentliyində ( qafqaznews.az ) ““Boss” ləqəbli Aynur xanım kimdir ?” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə Bakı şəhərində qanunsuz söküntü işləri aparan “Azimport” şirkətinin “xüsusi qrup”undan bəhs edirdi. Xatırlatma üçün bildirək ki, “Azimport”un sahibi Rəşad Məmm93155_src1ədovun göstərişi ilə Səbail rayonu ərazisində aparılan sökünti işləri ilə bağlı bir qrupa “Boss” ləqəbli Aynur adlı bir xanım rəhbərlik edib. Sakinlərin dediyinə görə Aynur xanım AA nömrəli avtomobildən gəlib düşərək hər dəfə sakinlərə bir söz deyirdi: “Mən nəinki, “Azimport” şirkətini, həm də burda dövləti təmsil edirəm”. Sakinlərin dediyinə görə Aynur xanımın dəstəsində bir neçə nəfər şəxs olub. Aynur xanımın “söküntü işləri üzrə” sağ əli Azər adlı şəxs olub. Bu qrupda Arzu adlı makler, özünü PA-ın təmsilçisi kimi sakinlərə təqdim edən Nürəddin adlı şəxs və sakinlərlə şirin-şirin danışıq aparıb “Azimport”un maraqların qoruyan Zülfəli adlı şəxs olub. Əldə etdiyimiz məlumata görə Aynur xanımın həyat yoldaşı FHN-nin polkovnikidir və əslən Qazax rayonundandır.
Screenshot_2015-05-17-20-05-12Dərc etdiyimiz məqalə cəmiyyətdə geniş rezonans doğurdu və ölkənin ən tirajlı qəzetləri bizim yazını tirajladı. Saytımızda məqalə dərc olunandan sonra “özünü PA-nın əməkdaşı kimi təqdim edən Nurəddin adlı şəxs” qərara gəlib ki, bizimlə “dost” olsun. Beləki keçən bazar günü Facebook-da Qafqaznews.az-ın qrupuna Nürəddin N.İbrahimov adlı profil üzv olub. Qrupun administratoru həmin profilin qrupa üzv olmağına razılıq vermədən əvvəl profilin fotosuna fikir verib və sonda bəlli olub ki, həmin profil “Boss” ləqəbli Aynur xanımın qrupunun üzvüdür. Bu bizi çox sevindirdi. Deməli, Nurəddin müəllim bundan sonra bizim yazıları “isti-isti” oxuya biləcək.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

Kadr-2-00-00-00 Kadr-1-00-00-17 (1)

Кадр 2 (00-00-21) Кадр 1 (00-00-19) Кадр 2 (00-00-37)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR